4. Əmlakın yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinə keçməsi ilə mülkiyyət hüququnun əldə
edilməsi
Hüquqi varislik qaydasında əmlaka mülkiyyət hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisinə
keçir. Mülkiyyət hüququnun əldə edilməsinin bu üsulu hüquqi şəxs yenidən təşkil olunduqda tətbiq edilir. Ye-
nidən təşkil olunma dedikdə, hüquqi şəxsin birləşməsi, qatılması (qovuşması), ayrılması və bölünməsi başa
düşülür. Bu, hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin yollarından biridir.
Hüquqi şəxslər birləşdikdə, hüquqi varis kimi çıxış edən yeni yaradılmış hüquqi şəxs mülkiyyət hüququ əl-
də edir. Hüquqi şəxs digər hüquqi şəxsə qatıldıqda, qatılan (qovuşan) hüquqi şəxsin hüquq və vəzifələri hü-
quqi varis olan əvvəlki hüquqi şəxsə keçir. Belə halda hüquqi varis mülkiyyət hüququ əldə edir. Hüquqi şəxs
bölündükdə, yeni yaradılmış hüquqi şəxslər əmlak üzərində mülkiyyət hüququ qazanır. Hüquqi şəxsin tərki-
Dostları ilə paylaş: |