xslərə güzəştli satışı;
●
dövlət əmlakının hərrajlar vasitəsilə satışı;
●
dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə satışı;
●
icarəyə verilmiş dövlət əmlakının satışı;
●
dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı;
●
dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərrajlarında satışı.
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsini təmin edilməsində prezident aktlarının (fər-
man və sərənjamlarının) rolu və əhəmiyyəti böyükdür. Prezidentin 22 mart 2001-ci il tarixli fərmanı özəlləşdi-
rilməsi başa çatmamış müəssisə və obyektlərin özəlləşdirilməsi qaydasını müəyyən edir. Prezidentin ölkənin
ayrı-ayrı təsərrüfat sahələrinə aid verdiyi sərənjamlar özəlləşdirmənin həyata keçirilməsinə böyük təsir göstərir.
Həmin sərənjamlar özəlləşdirmə prosesinin qaydaya salınmasında böyük rol oynayır.
Özəlləşdirmənin iki növü vardır: dövlətsizləşdirmə; kommersiyalaşdırma. Dövlətsizləşdirmə dedikdə, döv-
lət müəssisələrinin əmlakının onların əmək kollektivlərinin yaratdıqları hüquqi şəxslərə keçməsi başa düşülür.
qtisadçıların əksəriyyəti belə hesab edirlər ki, bu halda xüsusi mülkiyyət yox, «kollektiv mülkiyyət» yaranır.
Bu, səhv və yanlış mövqedir. Ona görə ki, göstərilən vəziyyətdə hüquqi şəxsin həmin əmlaka xüsusi mülkiyyət
hüququ yaranır və onun özü xüsusi mülkiyyətçi kimi çıxış edir. Belə halda «əmək kollektivi»nin xüsusi və ya
«kollektiv» mülkiyyət hüququndan söhbət gedə bilməz.
Dostları ilə paylaş: |