Özəlləşdirmə dedikdə (sözün geniş mənasında), dövlət mülkiyyətinin həm əvəzli, həm də əvəzsiz qaydada
vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilməsi başa düşülür. Özəlləşdirmə prosesi gedi-
ş
ində dövlət mülkiyyəti hesab olunan əmlak təsərrüfat cəmiyyətlərinin və ortaqlıqlarının, fiziki və hüquqi şəxs-
lərin mülkiyyətinə keçir. Mənzillər, torpaq sahələri, yaşayış evləri, binalar, müəssisələr (əmlak kompleksləri) və
digər obyektlər dövlət mülkiyyətindən çıxaraq, xüsusi mülkiyyətə daxil olur.
Özəlləşdirmə mülkiyyətçi rolunda çıxış edən dövlətin qərarı əsasında həyata keçirilir. Özəlləşdirilən obyekt-
lərə görə dövlət müəyyən haqq alır. Bu prosesin gedişində dövləti onun əmlak sərənjamçısı — qtisadi nkişaf
Nazirliyi təmsil edir. Özəlləşdirmə nəticəsində dövlətin mülkiyyət hüququna xitam verilməsi və müəyyən şəxs-
lər üçün mülkiyyət hüququnun əmələ gəlməsi hüquqi varislik qaydasında həyata keçirilir. Bu, yalnız özəlləşdir-
mə haqqında qanunda nəzərdə tutulan qaydada aparılır. Xüsusi qanunlar özəlləşdirilən obyekti (əmlakı) müəy-
yən edir.
Dostları ilə paylaş: |