§ 8. Hüquqlara və tələblərə
mülkiyyət hüququnun əldə edilməsi
Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi bizim ölkə qanunvericiliyində yeni anlayışdır.
Sovet dövrünün mülki məcəllələri belə anlayış nəzərdə tutmurdu. Sovet hüquq elmi, o cümlədən sovet mülki
qanunvericiliyi, ümumiyyətlə, hüquqlara (tələblərə) mülkiyyət hüququnun əldə edilməsi qaydasını tanımırdı;
Sovet mülki hüquq konsepsiyasına görə, mülkiyyət hüququnun obyekti yalnız maddi əşya, fiziki predmet ola
bilərdi. ngiltərə mülki hüququ və ABŞ hüququ «mülkiyyət» terminini daha geniş mənada işlədərək, bəzən mül-
kiyyət hüququ anlayışını əmlak hüququ anlayışı ilə eyniləşdirir; bu ölkələrin doktrinası və qanunvericiliyi əm-
lak hüquqlarına da mülkiyyət hüququnun əldə edilməsi barədə qayda nəzərdə tutur. Bu qayda bəzi Avropa ölkə-
lərinin qanunvericiliyinə məlumdur. Azərbaycan Respublikasının müasir qanunvericiliyi bazar iqtisadiyyatı şə-
raitində əmlak dövriyyəsinin inkişaf tələbatını nəzərə almaqla, həmin ölkələrin qanunvericilik ənənələrinə uy-
ğ
un olaraq MM-ə hüquqlara (tələblərə) mülkiyyət hüququnun əldə edilməsi barədə qayda daxil edir. Yeni MM-
in 9-cu fəslinin 3-cü paraqrafına daxil olan normalar həmin məsələnin tənzimlənməsinə həsr edilmişdir (193-
202-ci maddələr).
Bazar iqtisadiyyatı şəraitində əmlak xarakterli tələblər (hüquqlar) mülki dövriyyənin müstəqil obyekti kimi
çıxış edir. Onlar xüsusən də birca ticarətinin müxtəlif formalarının inkişafına geniş yol açır. Məsələn, fyuçers-
lərlə ticarət geniş yayılmışdır. Belə halda icrası gələcəkdə nəzərdə tutulan kontraktlar (birca əqdləri) əvəzli qay-
dada özgəninkiləşdirilir. Beynəlxalq ticarət dövriyyəsində biz tez-tez mal ixraj edən şəxslərin əjnəbi (xarici)
alıcılardan pul almaq tələblərinin kredit təşkilatlarına verilməsinin şahidi oluruq. Təsərrüfat (sahibkarlıq) döv-
riyyəsində patent hüquqları əvəzli qaydada özgəninkiləşdirilir. Bunun nəticəsində əvvəlki hüququn sahibi əm-
lak hüquqlarına mülkiyyət hüququnu itirir, bu hüququn yeni sahibi isə onlara mülkiyyət hüququ əldə edir. De-
məli, müasir qanunvericiliyə görə, təkcə əşyalara (maddi predmetlərə) yox, həm də qeyri-maddi predmetlərə,
yəni hüquqlara və tələblərə mülkiyyət hüququ əldə edilir. Bu hüquq və tələblər əmlak hüquqlarıdır. Roma hü-
ququ onları qeyri-maddi əşya (res in corporales) anlayışına daxil edirdi. Belə ki, əşya (res) maddi əşyalar (res
corporales) və qeyri-maddi əşyalar adlı iki yerə bölünürdü. Qeyri-maddi əşyalar dedikdə, əşya, vərəsəlik və öh-
dəlik hüquqları başa düşülürdü. Mülkiyyət hüququ (dominium) isə maddi əşyalara aid edilirdi.
Ümumi qaydaya görə, əşya hüququnun, o cümlədən onun əsas növü olan mülkiyyət hüququnun obyekti qis-
mində yalnız maddi əşya çıxış edə bilər. Mülkiyyət anjaq maddi əşyaya münasibətdə mövcud olur. Kontinental
Avropa ölkələrinin əksəriyyətinin qanunvericiliyi müəyyən edir ki, mülkiyyət hüququnun obyekti yalnız maddi
əş
ya ola bilər. Maddi əşya dedikdə isə Almaniya MQ-nin 90-cı paraqrafına görə, maddi predmetlər başa düşü-
lür. Yaponiya qanunvericiliyi də maddi əşya kateqoriyasına maddi predmetləri aid edir (MM-in 85-ci maddəsi).
Analoci göstərişi bizim ölkə qanunvericiliyi də ifadə edir: yalnız fiziki obyektlər əşya sayılır (MM-in 135-ci
maddəsinin 1-ci bəndi).
Bununla belə, xarici ölkələrin sivilistika doktrinasında Roma hüququ ənənələrinə uyğun olaraq, əşya kateqo-
riyasına qeyri-maddi predmetləri də şamil edirlər. Belə predmetlər qeyri-korporal (latınja «corpus» — úèñèì,
áÿäÿí) âÿ éà ãåéðè-ìàääè ÿøéàëàð àäëàíûð. Éàïîíèéà ìöëêè ùöãóã åëìèíäÿ ýþñòÿðèëèð êè, ÿøéà kateqoriyasına
maddi predmetlərdən savayı, hüququn digər obyektləri (yəni qeyri-maddi predmetlər) də daxil edilə bilər, bir
şə
rtlə ki, bu, onların xarakterinə görə mümkün olsun. Almaniya sivilistika elmində hüquqların (qeyri-maddi
predmetlərin) əşya hüququnun obyekti qismində çıxış edə bilməsi göstərilir. Digər tərəfdən, bəzi ölkələrin (mə-
sələn, Fransanın və taliyanın) qanunvericiliyinə görə, mülkiyyət hüququ həm maddi predmetlərə, həm də qey-
ri-maddi predmetlərə şamil edilir. Bu, o deməkdir ki, mülkiyyət hüququnun obyekti qismində qeyri-maddi ne-
mətlərin çıxış etməsi istisna olunmur. Almaniyanın Əsas qanununun 141-ci maddəsinə görə, mülkiyyət an-
Dostları ilə paylaş: |