Microsoft Word mulki huquq doc


Mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə931/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   927   928   929   930   931   932   933   934   ...   1820
Mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əşya dedikdə, dəyəri olan və pula qiymətləndirilə bilən 

hüquqlar başa düşülür. Söhbət əmlak hüquqlarından gedir. Müasir mülkiyyət konsensiyası mülkiyyət hüququ-

nun obyekti kimi qeyri-maddi əşyaya aid edir: 

 sənaye mülkiyyəti hüquqları (ixtira, sənaye nümunəsi, əmtəə nişanı, firma adı, nou-hau və digər obyekt-



lərə olan hüquqlar); 

 maliyyə mülkiyyəti hüquqları (pul, qiymətli kağızlarından, yəni istiqrazdan, vekseldən, çekdən və digər 



qiymətli kağızlardan irəli gələn tələb hüquqları; müxtəlif cəmiyyət və kompaniyalarda iştirak hüququnu ifadə 

edən sənədlər, yəni səhm və pay); 

  kommersiya  mülkiyyəti  hüquqları  (malların  alınmasını  ifadə  edən  mala  sərənjamverici  sənədlər,  yəni 



konosament, anbar şəhadətnaməsi). 

Həm sənaye mülkiyyəti, həm maliyyə mülkiyyəti, həm də kommersiya mülkiyyəti obyektlərinin maddi (əş-

ya) forması yoxdur; bu obyektlər açıq-aşkar əşya xarakterində deyil. 

stehsal və iqtisadiyyatın inkişafı, elmi-texniki proqress mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əş-

yaların əhəmiyyətini artırmış, mülkiyyət hüququ obyektlərinin ilkin, ənənəvi anlayışından prinsipial surətdə im-

tina  olunmasını  şərtləndirmişdir.  Nəticədə  mülkiyyət  hüququnun  obyekti  olan  maddi  əşyalarla  əməliyyatlar 

ikinci plana keçmiş, əmlak xarakterli və əmtəə məzmunlu hüquq olan qeyri-maddi əşyalar isə təsərrüfat-iqtisadi 

həyatın vacib amilinə çevrilmişdir.

 

Məlum məsələdir ki, qeyri-maddi predmetlər sözün əsl mənasında əşya sayılmır və buna görə də mülkiyyət 



hüququnun obyekti kimi çıxış edə bilməz. Ona görə ki, əşya maddi anlayışdır. Lakin buna baxmayaraq, bu cür 

predmetlər  formal  cəhətdən  əşya  kateqoriyasına  aid  olunur.  Belə  aid  etmə  texniki  xarakterli  üsuldur  və 

qətiyyən əşya kateqoriyasına şamil olunan həmin predmetlərin mahiyyətini əks etdirmir. Belə aidiyyətin əsasın-

da praktiki ehtiyaclar durur. Həmin ehtiyacları təmin etmək üçün qeyri-maddi predmetlər əşya kateqoriyasına 

aid edilir. Belə halda bu predmetlərlə bağlı olan müvafiq münasibətlərin hüquqi recimi dəyişilir, yəni həmin 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   927   928   929   930   931   932   933   934   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin