Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişmə-
sinə və ya xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki
hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət (hü-
quqi faktın bir növü) kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik
avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir
(mülkiyyət hüquq münasibətinə xitam verilir), qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ əldə edir
(mülkiyyət hüquq münasibəti əmələ gəlir). Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qon-
ş
uya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir. Başqa bir mi-
salda sahibkar kənd sakininə borc müqaviləsi əsasında bir ton taxıl borc verir. Həmin müqavilə sahibkar üçün
bir ton taxılın qaytarılmasını tələb etmək hüququ yaradır, kənd sakini üçün isə həmin taxılı qaytarmaq vəzifəsi
ə
mələ gətirir. Bax, göstərdiyimiz alqı-satqı müqaviləsi də, borc müqaviləsi də mülki-hüquqi fakt mənasında əqd
hesab olunur.
Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, habelə xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlə-
Dostları ilə paylaş: |