radəni bildirmə (ifadə etmə) dedikdə, əqd bağlayan şəxsin daxili iradəsinin (iradəsinin) xaricən (obyektiv-
ləşmiş) ifadə edilməsi başa düşülür. O, əqdin obyektiv elementidir. Əgər iradə «mən nə istəyirəm?» sualına
cavab verirsə, iradəni ifadə etmə isə belə bir suala cavab verir: «mən bunun üçün nə edirəm?». Məsələn, bank
kreditin qaytarılması (öhdəliyin icrası) halını təmin etmək istəyir («bank nə istəyir?») və bu məqsədlə öz risqini
sığorta etdirir («bank bunun üçün nə edir?»).
radəni ifadə etmə əqd bağlayan şəxsin öz iradəsini başqa şəxslərin nəzərinə çatdırmaq üsuludur. Məsələn,
vətəndaşın təkcə evi satmaq arzusu və istəyi həmin evin satılması üçün azdır, kifayət etmir. Əgər o, bu istəyi və
arzunu hər hansı bir şəxsin nəzərinə çatdırmasa, onda əqdin bağlanmasından söhbət gedə bilməz. Ona görə də
iradəni ifadə etmə əqdin vacib elementidir.
radə xaricən (obyektivləşmiş) müxtəlif üsullar əsasında ifadə edilir. Bu üsullar üç cür olur: birbaşa iradəni
ifadə etmə; dolayı yolla iradəni ifadə etmə; susmaq yolu ilə iradəni ifadə etmə.
Dostları ilə paylaş: |