Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə946/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   942   943   944   945   946   947   948   949   ...   1820
radə (daxili iradədedikdə, qarşıya qoyulan məqsədə çatmaq üçün əqd bağlayan şəxsin daxilən dərk edil-

miş arzu və istəyi başa düşülür. O, müxtəlif həyati halların, hər şeydən əvvəl, sosial-iqtisadi amillərin təsiri al-

tında yaranır və formalaşır. Bu halların və amillərin ən vacibi isə maddi-mənəvi ehtiyac və tələbatla şərtlənir. 

Mülki hüquq subyektləri öz ehtiyaclarını dərk etdikdən və başa düşdükdən sonra onları təmin etməyə cəhd gös-

tərirlər və bu məqsədlə müxtəlif hüquqi vasitələrdən, o cümlədən əqdlərdən istifadə edirlər.  

Ə

gər iradə (daxili iradə) yoxdursa, onda əqdin özünün mövcudluğundan söhbət gedə bilməz. Məsələn, fiziki 



zorakılıq təsiri altında vətəndaşdan pul alınmasını əqd hesab etmək olmaz. Çünki bu cür hərəkət daxili iradə 

(iradə) kimi subyektiv (psixiloci) elementdən məhrumdur. 

radə əqd bağlayan şəxsin öz hərəkətinə olan psixiloci münasibətidir. Bu şəxs onun vasitəsilə öz hərəkətini 

psixiloci cəhətdən tənzim edir. Lakin iradə şəxsin öz hərəkətinə olan psixiloci münasibətin yalnız bir tərəfidir. 

Buna görə də təkcə iradənin (daxili iradənin) mövcudluğu, yəni əqd bağlamaq barədə istək və arzunun olması 

özlüyündə əqdin bağlanması üçün kifayət etmir və yetərli deyildir.  

Ə

qdin bağlanması üçün həm də vacibdir ki, şəxsin iradəsi — onun əqd bağlamaq arzusu və istəyi digər şəxs-



lərin nəzərinə çatdırılsın, onlara məlum olsun, yəni xaricən (obyektivləşmiş surətdə) ifadə edilsin. Bu, iradəni 

ifadə etmə (bildirmə) adlanır.  radəni ifadə etmə psixiloci münasibətin digər - ikinci tərəfi hesab edilir. Deməli, 

ə

qdin bağlanması üçün psixiloci münasibətin həm birinci tərəfinin (iradənin), həm də ikinci tərəfinin (iradəni 



ifadə etmənin) olması vacibdir. Onlar eyni bir prosesin iki tərəfidir. Buna görə də iradə və iradəni ifadə etmə 

arasında ziddiyyət, uyğunsuzluq ola bilməz.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   942   943   944   945   946   947   948   949   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin