Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə954/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   950   951   952   953   954   955   956   957   ...   1820
olmaması əqdin motivindən asılı deyildir. Bu isə onu ifadə edir ki, motivdə səhvə yol verilməsi əqdin etibarlı 


 

309


sayılmasına dəlalət etmir və buna hər hansı təsir göstərmir. Məsələn, vətəndaş zənn edir ki, qonşusu onu toya 

dəvət edəjəkdir. Bu niyyətlə o, toy hədiyyəsi alır, yəni alqı-satqı əqdi bağlayır. Toyu olanlara hədiyyə vermək 

niyyəti bu əqdin motivini təşkil edir. Lakin zənn etdiyinin əksinə olaraq, həmin vətəndaş qonşu tərəfindən toya 

çağırılmır. Bu halda əqdin motivində səhvə yol verilmiş olur. Bunun da toy hədiyyəsinin alınması barədə bağla-

nan alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması üçün hüquqi əhəmiyyəti və təfavütü  yoxdur. Belə ki, toy 

hədiyyəsi kimi alınan əmlaka mülkiyyət hüququ vətəndaşa keçir və o, əqddən imtina edə bilməz. 

Bununla bərabər, əqd iştirakçılarının razılığı ilə motivə hüquqi əhəmiyyət və məna verilə bilər. Belə hal-

da motiv əqdin şərti (əqdin məzmununun elementi) kimi çıxış edir. Həmin əqdə isə şərt altında bağlanan əqd 

deyilir. Məsələn, mağazanın satıcısı ilə alıcı belə razılığa gəlirlər ki, əgər alıcı televizor alsa, ona fotoaparat ba-

ğ

ışlanajaqdır. Burada televizor almaq niyyəti (motiv) bağışlama əqdinin şərti kimi çıxış edir. Əgər bu şərt olma-



saydı, yəni tərəflər motivə hüquqi əhəmiyyət verməsəydilər, onda məlum məsələdir ki, bağışlama əqdi də bağ-

lana bilməzdi. 

Motiv əqdin özünün mahiyyətinə daxil olduğu hallarda da o, əqd iştirakçılarının xüsusi olaraq bunu əqddə 

göstərmələrindən asılı olmayaraq, hüquqi əhəmiyyət kəsb edir.  

Ə

qdin subyektləri onun elementi hesab olunur. Əqddə iştirak edən şəxslərə əqdin subyektləri deyilir. Fiziki 



və hüquqi şəxslər, dövlət və bələdiyyələr subyekt qismində əqd bağlanmasında iştirak edə bilərlər.  

Ə

qdin obyekti onun elementlərindən biridir. Əqdin obyekti odur ki, subyektlər məhz onun barəsində əqd 



bağlayırlar. Məsələn, alqı-satqı müqaviləsinin obyekti (predmeti) rolunda satılan əşya çıxış edir.  

Ə

qdin forması da əqdin elementi kateqoriyasına şamil edilir. Əqd subyektlərinin iradələrinin ifadə və təsbit 



edilmə üsulları əqdin forması adlanır. 

Ə

qdin məzmunu onun elementlərindən biri sayılır. Əqdin bütün şərtlərinin məcmusuna əqdin məzmunu de-



yilir.  

Ə

qdin subyekti, forması və məzmunu barədə bu fəslin 3-cü paraqrafında geniş söhbət açılacaqdır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   950   951   952   953   954   955   956   957   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin