rilməsinə yönələn əqdlər (alqı-satqı, dəyişmə, renta, bağışlama); əmlakın istifadəyə verilməsi barədə əqdlər
(kirayə, icarə lizinq, əvəzsiz istifadə); iş görülməsinə yönələn əqdlər (podrat); xidmət göstərilməsi barədə
ə
qdlər (daşıma, sığorta, kredit, saxlama və s.). Bax, bu əqdlərin məcmusu iqtisadi (əmlak) dövriyyəni — mül-
ki (əmlak) dövriyyəni yaradır.
Mülki-hüquqi əqdlər xarici (beynəlxalq) əmlak dövriyyəsində böyük rol oynayır. Xarici ticarət sahəsində on-
lar geniş miqyasda tətbiq olunur. Əqdlər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm
ə
həmiyyətə malikdir.
Ə
qdlərin bir növü olan mülki-hüquqi müqavilələrin bazar iqtisadiyyatı şəraitində rolu qeyri-adi dərəcədə
artır. Müqavilələr sistemi bazar mexanizminin özəyi kimi çıxış edir.
Müqavilələrin əhəmiyyəti ondan ibarətdir ki, onların vasitəsi ilə iqtisadi münasibətlər öz-özünü tənzimləmə-
yə məruz qalır. Söhbət bu münasibətlərdə iştirak edən subyektlərin öz-özünü tənzimləməsindən gedir. Öz-özü-
nü tənzimləmə təsərrüfat fəaliyyətinin təşkilində ən səmərəli üsuldur. Bütün bunlar onu göstərir ki, müqavilə
mülki hüquq subyektləri arasında iqtisadi münasibətlərin təşkilinin əsas hüquqi formasıdır.
Müqavilə kontragentlərin — müqavilədə iştirak edən tərəflərin davranışını nizama salan əsas vasitədir, tən-
zimləyicidir. Normativ akt fəaliyyətin hüquqi əsasını yaradır. Müqavilə isə partnyorlar arasında iqtisadi əlaqələ-
rin hüquqi recimini müəyyən edir. O, müqavilə öhdəliklərinin icrası qaydası və şərtlərini, tərəflərin qarşılıqlı
hərəkət formalarını nəzərdə tutur. Müqavilə tərəflərə imkan verir ki, onlar öz aralarındakı qarşılıqlı münasibət-
ləri, hüquq və vəzifələri müəyyənləşdirsinlər. Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsində
göstərildiyi kimi, qanun əsasında bağlanan müqavilə onu bağlayan tərəflər üçün qanundur.
Bazar iqtisadiyyatı şəraitində müqavilələrin rolu köklü surətdə dəyişmişdir. Onun tətbiq sferası genişlənir,
yeni müqavilə növləri meydana gəlir. Çox vaxt müqavilələr münasibətlərin yeganə nizamlayıcısı kimi çıxış
edir. ndiki dövrdə bizim həyati münasibətlərin böyük hissəsi müqavilə və digər əqdlərin vasitəsilə tənzimlənir.
|