Microsoft Word mulki huquq doc


növü üçün tipik olan hüquqi m



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə953/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   949   950   951   952   953   954   955   956   ...   1820
növü üçün tipik olan hüquqi məqsədə və ya hüquqi nəticəyə əqdin əsası və ya əqdin kauzası deyilir. Əq-

din əsası hüquqazidd olmamalıdır. Əqdin əsası elə olmalıdır ki, onu həyata keçirmək mümkün olsun.  

Bəzən əqdin hüquqi məqsədi onun əsasına uyğun gəlmir. Məsələn, uydurma əqd bağlanarkən bu cür halla 

qarşılaşırıq. Belə ki, tərəflər alqı-satqı müqaviləsinin əvəzinə, öz aralarındakı münasibəti bağışlama müqaviləsi 

kimi rəsmiləşdirirlər. Bununla onlar alqı-satqı müqaviləsini bağışlama müqaviləsi ilə pərdələyirlər.  

 Motiv (fransızja «motif» — hərəkət etmək üçün vadaredici səbəb və bəhanə) əqdin elementlərindən biridir. 

Özü də dərhal qeyd edirik ki, o, əqdin məjburi, əsas və zəruri elementi yox, məjburi olmayan, qeyri-əsas və fa-

kultativ (qeyri-zəruri) elementi hesab edilir. Hüquq ədəbiyyatı səhifələrində əqdin elementi kimi motivə müna-

sibət birmənalı deyil. Bir qrup müəlliflər göstərirlər ki, motiv əqdin elementi hesab edilmir. Bu cür mövqe ilə 

çətin razılaşmaq olar. Düzdür, ümumi qaydaya görə, əqdin motivi əqdin özündən kənarda qalır və ona hər hansı 

təsir göstərmir. Məhz buna görə motiv əqdin məjburi və zəruri yox, fakultativ elementi hesab edilir.  

Bəzən motivi əqdin hüquqi məqsədi və ya əqdin əsası ilə qarışdırırlar. Lakin bu iki anlayış mənaja üst-üstə 

düşmür. Onlar arasındakı əlaqə fəlsəfi baxımdan səbəb və bəhanə kimi kateqoriyalar arasındakı münasibət ki-

midir. Belə ki, əgər fəlsəfi planda hüquqi məqsəd səbəbdirsə, əqdin motivi bəhanədir. 

Ə

qdin motivi odur ki, o, şəxsləri əqd bağlamağa vadar və təhrik edir, həmin şəxslərdə buna meyl yaradır və 

həvəs oyadır. Məsələn, vətəndaş öz dostunun ad gününü təbrik etmək və ona bu niyyətlə hədiyyə vermək üçün 

mağazadan televizor alır. Dostuna onun ad günü münasibəti ilə hədiyyə vermək alqı-satqı müqaviləsinin moti-

vidir. Başqa bir misalda ailə qurmaq niyyətində olan qız özü üçün cehiz alır. Ailə qurmaq niyyəti bu əqdin mo-

tivini təşkil edir.  

Motiv əqdin elə bir sosial-iqtisadi məqsədidir ki, məhz bunun naminə şəxslər əqd bağlayırlar. Buna görə mo-

tiv, bir qayda olaraq, hüquqi əhəmiyyətə malik olmayıb, əqdə hər hansı təsir göstərmir. Məsələn, vətəndaşın öz 

şə

xsi və ailə-məişət ehtiyaclarını ödəmək niyyəti ilə və ya hədiyyə kimi başqasına bağışlamaq məqsədi ilə və 



yaxud da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq (haqqı ilə sərnişin daşımaq) niyyəti ilə minik avtomobili alma-

sının alqı-satqı əqdi üçün — həmin avtomobilə mülkiyyət hüququ əldə etməsi üçün hüquqi əhəmiyyəti yoxdur. 

Motivin əqdin etibarlı hesab edilməsi üçün də hüquqi təfavütü yoxdur. Bu, o deməkdir əqdin etibarlı olub-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   949   950   951   952   953   954   955   956   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin