rəfin vəzifələrinə uyğun olur. Bəzi əqdlər isə bir tərəf üçün yalnız vəzifə, digər tərəf üçün isə anjaq hüquq yara-
dır. Məsələn, bank əmanəti (depozit) müqaviləsi bank üçün əmanəti qaytarmaq kimi vəzifə, əmanətçi üçün isə hə-
min əmanətin verilməsini tələb etmək hüququ əmələ gətirir.
kitərəfli əqdlərdə həmişə yalnız iki tərəf çıxış edir. Amma bəzən hər iki tərəf bir neçə əqd iştirakçısı tərəfin-
dən təmsil oluna bilər. Bu cür hallarda əqd yenə də ikitərəfli əqd hesab edilir. Məsələn, evin birgə mülkiyyətçi-
ləri (məsələn, ər-arvad) onu dörd nəfər vətəndaşa satırlar. Bu əqddə satıcı tərəfini iki nəfər (ər və arvad), alıcı
tərəfini isə dörd nəfər vətəndaş təmsil edir. Bunlar əqd iştirakçıları hesab olunurlar. Əqdin tərəfləri isə alıcı və
satıcıdan ibarətdir.
Dostları ilə paylaş: |