məqsədə çatmağa yönəlir. Bu cür əqdlərdə iştirak edən çoxsaylı tərəflərdən hər birinin iradəsi onların hamısı
üçün ümumi olan məqsədə istiqamətlənir və səmt alır. Çoxtərəfli əqdlərə misal kimi köhnə 1964-cü il MM-nin
tənzimlədiyi və nəzərdə tutduğu birgə fəaliyyət haqqında müqaviləni çəkə bilərik (həmin Məcəllənin 433-cü
maddəsi). Hüquqi şəxslərin yaradılması haqqında təsis müqaviləsini (təsisçilər arasında bağlanan müqaviləni)
də çoxtərəfli əqd kateqoriyasına şamil etmək olar, bir şərtlə ki, həmin hüquqi şəxsləri ikidən çox şəxs tərəfindən
təsis olunsun (MM-in 45-ci maddəsinin 2-ci bəndi). L.Ennekserus haqlı olaraq göstərir ki, belə hallarda müxtəlif
tərəflər arasında müvafiq qarşılıqlı iradə ifadəsi mübadilə olunmur, yalnız eyni tərəflərin iradə ifadəsi paralel ola-
raq həyata keçirilir.
Dostları ilə paylaş: |