3. Əvəzli və əvəzsiz əqdlər
Ə
vəzlilik-ekvivalentlik kimi əlamətə, yəni əvəzli — ekvivalentli olub-olmaması kimi əlamətə görə əqdlər
iki növə bölünür:
●
əvəzli əqdlər;
●
əvəzsiz əqdlər.
Ə
vəzli əqd odur ki, bu əqdə görə bir tərəf öz vəzifələrinin icrası müqabilində o biri tərəfdən haqq və
ya digər qarşılıqlı əvəz almaq hüququna malik olur. Söhbət əqddə iştirak edən bir tərəfin özünün etdiyi hə-
rəkətə görə digər tərəfdən qarşılıqlı əvəz almasından gedir. Hərəkət dedikdə, tərəfin digər tərəfə əşya və ya pul
verməsi, iş görməsi və ya xidmət göstərməsi başa düşülür. Məsələn, alqı-satqı müqaviləsinə görə, satıcı əşya
verməyin müqabilində pul formasında (yəni satılmış əşyanın pulu şəklində) qarşılıqlı əvəz alır. Podrat müqavi-
ləsinə görə, podratçı gördüyü işin müqabilində sifarişçidən podrat haqqı alır. Daşıma müqaviləsinə görə, daşıyı-
cı yükü təyinat yerinə çatdırmağa görə yük alandan daşıma haqqı alır. Deməli, alqı-satqı, podrat və daşıma kimi
müqavilələr əvəzli əqd hesab edilir. Bundan əlavə, dəyişmə, kirayə, icarə, komissiya, bank əmanəti (depozit),
bank hesabı, kredit və digər müqavilələr də əvəzli əqd kateqoriyasına aid edilir.
Mülki-hüquqi əqdlərin əsas kütləsini əvəzli əqdlər təşkil edir. Bu əqdlərin xüsusi çəkisi müqayisəedilməz
dərəcədə böyükdür. Bütün sahibkarlıq müqavilələri əvəzli əqd hesab edilir. Sahibkarlıq sferasında bağlanan
müqavilələrin əvəzli xarakterə malik olması bu müqavilələrin xarakterik əlamətidir. Əvəzli əqdlərin üstünlük
təşkil etməsi mülki (əmlak) dövriyyənin əmtəə və əmlak xarakterli olması ilə, onun əmtəə-pul münasibətlərin-
dən ibarət olması ilə izah edilir.
Ə
qdlərin əvəzli olması o demək deyildir ki, onlar həmişə istisnasız olaraq, ekvivalent əqdlər sayılır. Bu, o
deməkdir ki, bütün əqdlərin hamısı ekvivalent deyildir. Belə ki, bəzi əqdlər əvəzli olsa da, ekvivalent əqd hesab
edilmir. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı həqiqi qiymətindən nisbətən ucuz qiymətə satır. Sı-
ğ
orta müqaviləsi əvəzli olsa da, ekvivalentlik xüsusiyyətindən məhrumdur. Belə təsəvvür yaranır ki, ekviva-
Dostları ilə paylaş: |