4. Konsensual və real əqdlər
Ə
qdin bağlanmış hesab edilməsini şərtləndirən vaxt anı kimi meyara görə əqdlərin iki növü fərqləndiri-
lir:
●
konsensual (latınja «consensus» — saziş, razılaşma) əqd;
●
real (latınja «res» — əşya) əqd.
Konsensual əqdlər odur ki, bu cür əqdlərin bağlanmış hesab edilməsi üçün, əqdin bağlanması üçün tə-
rəflərin razılaşması (sazişi) kifayətdir. Bu əqdlər yalnız o halda bağlanmış hesab edilir ki, əqdin bütün mü-
hüm bəndləri barədə tərəflər razılıq əldə etsinlər. Başqa sözlə desək, tərəflərin əqd bağlamaq barədə razılaşması
(sazişi) anında əqd bağlanmış sayılır. Məhz bu andan əqd bağlayan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir.
Əş
yanın verilməsi, pul ödənilməsi və digər hərəkətlər isə əqdin bağlanmış hesab olunmasına dəlalət etmir. Bu
cür hərəkətlər artıq bağlanmış əqdin icra edilməsini sübut edir. Məsələn, alqı-satqı müqaviləsi konsensual əqdə
misal ola bilər. Satıcı və alıcı əqdin mühüm bəndləri (əqdin predmeti, qiyməti, pulun ödənilməsi və əşyanın
alıcıya verilməsi müddəti) barədə razılığa gələn kimi, onlar arasında alqı-satqı müqaviləsi bağlanmış sayılır.
Alıcının əşyanın pulunu satıcıya ödəməsi, satıcının isə əşyanı alıcıya verməsi kimi hərəkətlər isə artıq bağlan-
mış olan alqı-satqı müqaviləsinin icra olunmasını nümayiş etdirir. Bu müqavilənin bağlanmış hesab edilməsi
üçün alıcının əşyanın pulunu satıcıya ödəməsi, satıcının isə əşyanı alıcıya verməsi tələb olunmur.
Konsensual əqdlərin dairəsi kifayət qədər genişdir. Alqı-satqı müqaviləsindən savayı, podrat, icarə, kirayə,
ə
vəzsiz istifadə (ssuda), kredit, dəyişmə, komissiya və digər müqavilələr konsensual əqdlərin ən geniş yayılmış
növləridir.
Dostları ilə paylaş: |