Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə944/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   940   941   942   943   944   945   946   947   ...   1820
qdin dördüncü əlaməti ondan ibarətdir ki, o, xüsusi olaraq müəyyən hüquqi nəticə əldə olunmasına 

yönələn hərəkətdirHüquqi nəticə dedikdə, əqd bağlanması sayəsində subyekt üçün mülki hüquq və vəzifə-

nin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması başa düşülür.  

Ə

qdin hüquqi nəticəsi son dərəcə müxtəlifdir. Məsələn, vətəndaş öz qonşusundan minik avtomobili alır. Bu 



alqı-satqı əqdinin hüquqi nəticəsi minik avtomobili üzərində mülkiyyət hüququ əldə etməkdən ibarətdir. Başqa 

bir misalda kənddən şəhərə işləməyə gələn vətəndaş yaşayış evini kirayəyə götürür. Bu kirayə əqdinin hüquqi 

nəticəsi isə yaşayış evi üzərində müvəqqəti istifadə hüququ əldə etməkdən ibarətdir.  

Hüquqi nəticə güdməyən hərəkət əqd hesab olunmur. Məsələn, iki dost kinoya və ya teatra getmək barədə 

razılığa gəlirlər. Başqa bir misalda iki nəfər kənd sakini öz aralarında razılaşırlar ki, bazar günü kənddən xeyli 

aralıda yerləşən meşəyə gəzməyə getsinlər. Bu cür razılaşmalar hər hansı hüquqi nəticə güdmür. Ona görə də 

həmin razılaşmalara əqd demək olmaz. Onlar mənəvi-məişət sazişləri hesab edilir.  

Ə

qdin bu əlaməti onu hüquqi əməllərdən fərqləndirməyə imkan verir. Hüquqi əməllər də əqdlər kimi hərə-



kət kateqoriyasına aid edilir və mülki-hüquqi nəticəyə səbəb olur. Lakin əqdlərdən fərqli olaraq, hüquqi əməllər 

xüsusi olaraq hüquqi nəticə əldə olunmasına yönəlmir. Onlar hüquqi nəticə güdməyən hərəkətlərdir. Lakin buna 

baxmayaraq, qanunda ifadə olunan göstərişə görə hüquqi əməllər də hüquqi nəticəyə səbəb olur. Məsələn, trak-

torçu kəndli (fermer) təsərrüfatına məxsus olan torpaq sahəsini şumlayarkən orada dəfinə tapır. Qanunda ifadə 

olunan göstərişə görə dəfinənin yarısı traktorçuya verilir (MM-in 187-ci maddəsinin 1-ci bəndi). Beləliklə, dəfi-

nənin yarısı üzərində traktorçu mülkiyyət hüququ əldə edir və bu, hüquqi nəticəyə səbəb olur. Traktorçu torpağı 

ş

umlayarkən bu cür hüquqi nəticə güdməmişdi. 




 

306


Ə

qdin əlamətləri onu inzibati aktlardan fərqləndirməyə imkan verir. Onların hər ikisi də hüquqi akt kateqori-

yasına aid edilir. Belə ki, həm əqdlər, həm də inzibati aktlar hüquqi akt hesab edilir.  nzibati aktlar dedikdə, 

dövlət icra hakimiyyəti orqanlarının qəbul etdikləri fərdi xarakterli qeyri-normativ aktlar başa düşülür. Bu akt-

lar əqdlərdən fərqli olaraq, inzibati-hüquqi nəticə doğurur. Məsələn, rayon icra hakimiyyəti orqanının qərarı ilə 

müharibə iştirakçısına mənzil verilir. Əqd isə mülki-hüquqi nəticə doğurur. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   940   941   942   943   944   945   946   947   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin