dən vətəndaşlığı olmayan şəxslər də bağlaya bilərlər. Məsələn, real həyatda tez-tez xarici ölkə vətəndaşları-
nın ev kirələmək, torpaq icarəyə götürmək, özü üçün əmlak almaq, nəqliyyat vasitəsində getmək və digər növ
ə
qd bağlamalarının şahidi oluruq. Bununla bərabər, Azərbaycan dövlətinin və bələdiyyələrin də mülki-hüquqi
xarakterli əqd bağlamaq hüququ vardır. Məsələn, Azərbaycan dövləti alqı-satqı, borc, kredit, icarə, podrat, kira-
yə və digər əqdlərdə tərəf qismində çıxış edə bilər.
Mülki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq norma-
larının məcmusu başa düşülür. Söhbət əqdlərin formasını və bağlanma qaydasını, onların hüquqi məzmununu,
habelə əqdlərin etibarlı və etibarsız olmasını şərtləndirən halları müəyyənləşdirən hüquq normalarından gedir.
Bu normalar birləşərək, mülki hüququn ən vacib və mühüm institutlarından birini — əqd institutunu yaradır.
Öz strukturuna görə əqd institutu iki hissəyə bölünür: ümumi hissəyə; xüsusi hissəyə. Ümumi hissənin
normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil edilir. Bu normalar, yuxarıda qeyd etdiyimiz kimi,
Mülki Məcəllənin dördüncü bölməsinə daxil olan maddələrdə ifadə edilmişdir. Xüsusi hissə normaları isə xü-
susi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir. Bu normalar Mülki Məcəllənin
xüsusi hissəsinin yeddinci bölməsinə daxil olan maddələrdə ifadə edilmişdir. Məsələn, alqı-satqı əqdi barədə
normalar MM-in 29-cu fəslində, icarə əqdi haqqında normalar 34-cü fəslində, renta haqqında normalar 48-ci
fəslində və s. əks olunmuşdur.
Ə
qd institutunun tarixi çox qədim dövrlərlə bağlıdır. Hələ Roma hüququ dövründə əqdlər hüquqi faktların
bir növü hesab edilirdi.
Müasir xarici ölkə qanunvericiliyi əqdlərin böyük əhəmiyyətə malik olmasını nəzərə alaraq, onların tənzim-
lənməsinə və hüquqi təbiətinin müəyyən edilməsinə xüsusi diqqət yetirir. Məsələn, Almaniya Mülki Qanunna-
məsinin birinci kitabının üçüncü bölməsi («Əqdlər»), Hollandiya Mülki Məcəlləsinin üçüncü kitabının ikinci
bölməsi («Hüquqi əqdlər»), RF-in Mülki Məcəlləsinin dördüncü bölməsi və s. əqdlərin tənzimlənməsinə həsr
edilmişdir.
Xarici ölkələrin sivilistika doktrinasında əqdlərə, mahiyyətjə, eyni anlayış verilir. L.Ennekserusa görə, hüqu-
qi əqd dedikdə, bir və ya bir neçə iradə ifadəsini əhatə edən elə faktiki tərkib başa düşülür ki, bu tərkib hüquq
qaydası tərəfindən hüquqi nəticənin baş verməsi üçün əsas kimi tanınır. Almaniyalı professor Q.Y.Muselyak
ə
qdə belə anlayış verir: əqd hüquqi nəticə əldə edilməsinə yönələn xüsusi iradə ifadəsidir. Ümumiyyətlə, Alma-
niya mülki hüquq doktrinasında əqdə müəyyən hüquqi nəticə əldə edilməsinə yönələn iradəvi xarakterli davranış
aktı kimi baxılır. Yaponiya sivilistika doktrinasında əqdin anlayışı bu cür müəyyənləşdirilir: əqd mülki hüquq və
vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına yönələn hüquqauyğun hərəkətdir.
Dostları ilə paylaş: |