Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə940/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   936   937   938   939   940   941   942   943   ...   1820
dən vətəndaşğı olmayan şəxslər də bağlaya bilərlər. Məsələn, real həyatda tez-tez xarici ölkə vətəndaşları-

nın ev kirələmək, torpaq icarəyə götürmək, özü üçün əmlak almaq, nəqliyyat vasitəsində getmək və digər növ 

ə

qd bağlamalarının şahidi oluruq. Bununla bərabər, Azərbaycan dövlətinin və bələdiyyələrin də mülki-hüquqi 



xarakterli əqd bağlamaq hüququ vardır. Məsələn, Azərbaycan dövləti alqı-satqı, borc, kredit, icarə, podrat, kira-

yə və digər əqdlərdə tərəf qismində çıxış edə bilər. 



Mülki hüquq institutu mənasında əqd dedikdə, əqdləri tənzimləyən və nizama salan mülki hüquq norma-

larının məcmusu başa düşülür. Söhbət əqdlərin formasını və bağlanma qaydasını, onların hüquqi məzmununu, 

habelə əqdlərin etibarlı və etibarsız olmasını şərtləndirən halları müəyyənləşdirən hüquq normalarından gedir. 

Bu normalar birləşərək, mülki hüququn ən vacib və mühüm institutlarından birini — əqd institutunu yaradır.  

Öz strukturuna görə əqd institutu iki hissəyə bölünür: ümumi hissəyə; xüsusi hissəyə. Ümumi hissənin 

normaları ümumi xarakterə malik olub, bütün əqdlərə şamil edilir. Bu normalar, yuxarıda qeyd etdiyimiz kimi, 

Mülki Məcəllənin dördüncü bölməsinə daxil olan maddələrdə ifadə edilmişdir. Xüsusi hissə normaları isə xü-

susi təbiətə malik olub, yalnız konkret növ əqdləri qaydaya salır və tənzimləyir. Bu normalar Mülki Məcəllənin 

xüsusi  hissəsinin  yeddinci  bölməsinə  daxil  olan maddələrdə  ifadə  edilmişdir.  Məsələn,  alqı-satqı  əqdi  barədə 

normalar MM-in 29-cu fəslində, icarə  əqdi haqqında normalar 34-cü  fəslində, renta haqqında normalar 48-ci 

fəslində və s. əks olunmuşdur.  

Ə

qd institutunun tarixi çox qədim dövrlərlə bağlıdır. Hələ Roma hüququ dövründə əqdlər hüquqi faktların 



bir növü hesab edilirdi. 

Müasir xarici ölkə qanunvericiliyi əqdlərin böyük əhəmiyyətə malik olmasını nəzərə alaraq, onların tənzim-

lənməsinə və hüquqi təbiətinin müəyyən edilməsinə xüsusi diqqət yetirir. Məsələn, Almaniya Mülki Qanunna-

məsinin  birinci  kitabının  üçüncü  bölməsi  («Əqdlər»),  Hollandiya  Mülki  Məcəlləsinin  üçüncü  kitabının  ikinci 

bölməsi («Hüquqi əqdlər»), RF-in Mülki Məcəlləsinin dördüncü bölməsi və s. əqdlərin tənzimlənməsinə həsr 

edilmişdir.  

Xarici ölkələrin sivilistika doktrinasında əqdlərə, mahiyyətjə, eyni anlayış verilir. L.Ennekserusa görə, hüqu-

qi əqd dedikdə, bir və ya bir neçə iradə ifadəsini əhatə edən elə faktiki tərkib başa düşülür ki, bu tərkib hüquq 

qaydası  tərəfindən  hüquqi  nəticənin  baş  verməsi  üçün  əsas  kimi  tanınır.  Almaniyalı  professor  Q.Y.Muselyak 

ə

qdə belə anlayış verir: əqd hüquqi nəticə əldə edilməsinə yönələn xüsusi iradə ifadəsidir. Ümumiyyətlə, Alma-



niya mülki hüquq doktrinasında əqdə müəyyən hüquqi nəticə əldə edilməsinə yönələn iradəvi xarakterli davranış 

aktı kimi baxılır. Yaponiya sivilistika doktrinasında əqdin anlayışı bu cür müəyyənləşdirilir: əqd mülki hüquq və 

vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam olunmasına yönələn hüquqauyğun hərəkətdir. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   936   937   938   939   940   941   942   943   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin