Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə939/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   935   936   937   938   939   940   941   942   ...   1820
Mülki-hüquqi fakt mənasında əqd dedikdə, mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişmə-

sinə və ya xitam edilməsinə səbəb olan əsas başa düşülür. Bu baxımdan əqd fiziki və hüquqi şəxslərin mülki 

hüquqlarının və ya vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkət (hü-

quqi faktın bir növü) kimi çıxış edir. Məsələn, alqı-satqı müqaviləsinə görə, vətəndaş özünə məxsus olan minik 

avtomobilini qonşuya satır. Bunun nəticəsində vətəndaş minik avtomobili üzərində mülkiyyət hüququnu itirir 

(mülkiyyət hüquq münasibətinə xitam verilir), qonşu isə həmin avtomobil üzərində mülkiyyət hüququ əldə edir 

(mülkiyyət hüquq münasibəti əmələ gəlir). Bundan əlavə, bu müqavilə vətəndaş üçün minik avtomobilini qon-

ş

uya vermək kimi, alıcı üçün isə minik avtomobilinin pulunu ödəmək kimi vəzifə əmələ gətirir. Başqa bir mi-



salda sahibkar kənd sakininə borc müqaviləsi əsasında bir ton taxıl borc verir. Həmin müqavilə sahibkar üçün 

bir ton taxılın qaytarılmasını tələb etmək hüququ yaradır, kənd sakini üçün isə həmin taxılı qaytarmaq vəzifəsi 

ə

mələ gətirir. Bax, göstərdiyimiz alqı-satqı müqaviləsi də, borc müqaviləsi də mülki-hüquqi fakt mənasında əqd 



hesab olunur.  

Mülki-hüquqi əqdləri təkcə bizim ölkənin yox, habelə xarici ölkələrin fiziki və hüquqi şəxsləri, o cümlə-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   935   936   937   938   939   940   941   942   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin