qli mülkiyyət hüquqları (müstəsna hüquqlar) da özgəninkiləşdirilə bilər. Özü də dərhal qeyd etməliyik
ki, yalnız əqli mülkiyyət obyektlərindən istifadə hüquqları başqa şəxsə verilə bilər. Şəxsi qeyri-əmlak xa-
rakterli müstəsna hüquqlar (məsələn, ixtiranın müəllifi kimi tanınmaq hüququ, əsərin müəllifi kimi tanınmaq
hüququ və s.) özgəninkiləşdirilmir. Xüsusən müstəsna hüquqların bir növü olan patent hüquqları başqa şəxs-
lərə verilə bilər. Bu, əsasən, patent sahibinin istehsal-iqtisadi resurslarının məhdudluğu ilə, onun istehsal-kom-
mersiya məsələləri ilə məşğul olmaq qabiliyyətinə malik olmaması ilə və digər səbəblərlə şərtlənə bilər.
Patent hüququnun özgəninkiləşdirilməsinin əsas hüquqi forması bu hüququn güzəşt edilməsindən iba-
rətdir. Patent hüququnun güzəşti dedikdə, patent sahibinin ona məxsus olan hüququ başqa şəxsə verməsi ba-
ş
a düşülür. Azərbaycan Respublikasının patent qanunvericiliyinə görə, patent sahibi patenti istənilən şəxsə (fizi-
ki şəxsə və hüquqi şəxsə) güzəşt edə bilər. Patent hüququnu güzəşt etmənin əsas hüquqi vasitəsi alqı-satqı, ba-
ğ
ışlama və dəyişmə müqavilələri hesab edilir. Məsələn, mühəndis yeni saat növü ixtira edir və ona patent alır.
O, patent hüququnu istehsal müəssisəsinə satır. Bu müəssisə həmin növ saatı istehsal edərək, mülki dövriyyəyə
buraxır. Belə halda ixtiradan (saatdan) istifadə hüququ istehsal müəssisəsinə keçir. Mühəndisin ixtiranın müəlli-
fi kimi tanınmaq hüququnun keçməsi isə istisna olunur.
ABŞ mülki hüququnda, patent hüququ mülkiyyət kimi xarakterizə olunur; bu hüquq maddi əşya (əmlak) ol-
masa da iqtisadi qiymətə malikdir.
qtisadiyyatın inkişafı prosesində patent hüququnun əsas növü olan sənaye mülkiyyəti hüququ böyük əhə-
miyyətə malikdir. Sənaye mülkiyyəti hüququnun xüsusilə ixtira və nou-hau kimi obyektləri elmi-texniki dəyi-
303
ş
ikliklər şəraitində vacib rol oynayaraq istehsalın inkişafının mühüm elementi kimi çıxış edir; onlar bilavasitə
istehsal qüvvəsinə çevrilmiş elmi-texniki biliklər kimi tanınır.
Sənaye mülkiyyəti hüququnun firma adı, joğrafi göstərici və əmtəə nişanı kimi obyektləri təsərrüfat dövriy-
yəsi iştirakçılarının özlərini və onların istehsal etdikləri məhsulları fərdiləşdirir və fərqləndirir, eləjə də rəqabə-
tin güjlənməsi şəraitində malların bazarda effektiv satışını təmin edir və s.
Özgəninkiləşdirilməsi mümkün olan hüquqlardan biri korporativ hüquqlar hesab olunur. Bu hüquqlar
şə
xslərin təsərrüfat cəmiyyəti və ortaqlıqlarının idarə olunmasında iştirak etməklə bağlı olaraq əmələ gəlir. şti-
rakçı həmin hüquqları başqa şəxslərə verə bilər. Məsələn, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı
cəmiyyətin nizamnamə kapitalındakı payını sata bilər (MM-in 93-cü maddəsinin 1-ci bəndi). Səhmdar
cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri özgəninkiləşdirə bilər (MM-in 99-cu maddəsi). Bunlar korpo-
rativ hüquqların verilməsini (özgəninkiləşdirilməsini) ifadə edir.
Ə
mlak hüquqları özgəninkiləşdirildikdə, bu hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
Dostları ilə paylaş: |