Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə934/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   930   931   932   933   934   935   936   937   ...   1820
qa şəxsin mülkiyyətinə verilə, yəni özgəninkiləşdirilə bilər. 

Başqa şəxsin mülkiyyətinə verilə bilən əmlak hüquqlarının dairəsi kifayət qədər genişdir. Bu hüquqlar müx-

təlif növlərdə ola bilər: 

 əşya hüquqları növündə; 



 öhdəlik hüquqları növündə; 

 əqli mülkiyyət hüquqları növündə; 



 korporativ hüquqları növündə. 

Əş

ya hüquqlarının əşyanın özündən ayrılmaqla başqa şəxslərin mülkiyyətinə verilməsi və özgəninkiləşdi-



 

302


rilməsi prinsip etibarilə mümkündür. Belə halda əşyanın özü mülkiyyət hüququnu verən şəxsdə qalır. Bu şəxs 

əş

yaya sahibliyi həyata keçirir. Roma hüququ belə münasibəti constitutum possessorium anlayışı ilə əhatə edir-



di. Bu, onu ifadə edir edir ki, əşya hüququ başqa şəxsin mülkiyyətinə verilmiş, əşyanın özü isə istifadə və ya ki-

rayə (icarə) münasibətləri əsasında əvvəlki mülkiyyətçinin özündə qalmışdır. Məsələn, vətəndaş minik avtomo-

bilinə əşya (mülkiyyət) hüququnu girov qoymaqla öz qonşusundan borc pul alır (minik avtomobili vətəndaşın 

özündə qalır). Müddət tamam olduqda, qonşu pulu qaytara bilmir. Belə halda əvvəljədən əldə edilən razılığa 

görə minik avtomobilinə olan əşya (mülkiyyət) hüququ vətəndaşın mülkiyyətinə keçir. Qonşu isə minik avto-

mobilindən istifadə etməyi davam etdirir. 

Əş

ya  hüquqlarının  bir  növü  olan  məhdud  əşya  hüquqlarına  (özgə  əşyalarına  olan  hüquqlara)  gəldikdə  isə, 



qeyd etmək lazımdır ki, bu hüquqlar müstəqil surətdə başqa şəxsin mülkiyyətinə verilə bilməz. Məsələn, servi-

tut hüququ müstəqil surətdə özgəninkiləşdirilə bilməz (MM-in 255-ci maddəsinin 3-cü bəndi). Bununla bərabər, 

məhdud əşya hüququnun bir növü olan tikiliyə vərəsəlik hüququnun (superfitsi hüququnun) özgəninkiləşdiril-

məsi mümkündür: torpağın üstündəki və ya altındakı binaya malik olmaq hüququ özgəninkiləşdirilə bilər (MM-

in 250-ci maddəsinin 1-ci bəndi). Məsələn, şəxs superfitsi müqaviləsi əsasında başqa şəxsin mülkiyyətində olan 

torpaq sahəsində özünə yaşayış evi tikir. Bununla həmin şəxsin bu tikiliyə superfitsi hüququ yaranır. Göstərilən 

hüququ o, özgəninkiləşdirə bilər. 

Əş

ya  hüquqlarının  özgəninkiləşdirilməsinin  əsas  hüquqi  vasitəsi  hüquqların  alqı-satqısı  konstruksiyası 



hesab edilir (MM-in 651-ci maddəsi). Belə hallarda bağışlama və dəyişmə müqavilələrindən də istifadə oluna 

bilər. Deməli, mülki-hüquqi müqavilələəşya hüquqlarına mülkiyyət hüququnun əldə edilməsinin əsas üsulu-

dur. 

Başqasının mülkiyyətinə verilə bilən əmlak hüquqları arasında öhdəlik (tələb) hüquqları — tələblər mü-



hüm yer tutur. Onlar öhdəlik hüquq münasibətlərindən (öhdəliklərdən) əmələ gəlir. Tələblər dedikdə, öhdəlik 

iştirakçısı  olan  kreditorun  (səlahiyyətli  şəxsin)  digər  iştirakçıdan,  yəni  borclu  şəxsdən  müəyyən  hərəkətlərin 

edilməsini tələb etmək hüquqları başa düşülür. Onlar kreditor tərəfindən  özgəninkiləşdirilə və bununla başqa 

şə

xslərin  mülkiyyətinə  verilə  bilər.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  kreditorun  şəxsiyyəti  ilə  qırılmaz  bağlı 



olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi 

haqqında tələblərin güzəşt edilməsinə yol verilmir (MM-in 194-cü maddəsinin 3-cü bəndi). Məsələn, vətəndaş 

öz portretinin çəkilməsini rəssama sifariş edir. Məlum məsələdir ki, o, bu münasibətdən irəli gələn tələb hüqu-

qunu, yəni portretinin çəkilməsini rəssamdan tələb etmək hüququnu özgəninkiləşdirə bilməz. 

Tələblərin özgəninkiləşdirilməsinin əsas hüquqi vasitəsi tələbin güzəştidir (verilməsidir). Tələbin güzəşti-

nin əsas hüquqi forması isə sessiyadır (latınja «cessio» — güzəşt etmək, vermək). Sessiyanın əsasını isə tələb-

lərin özgəninkiləşdirilməsinə  yönələn mülki-hüquqi əqdlər təşkil edir. Söhbət tələblərin alqı-satqısı, dəyişmə, 

bağışlama və faktorinq kimi müqavilələrdən gedir. Məsələn, vətəndaş öz qonşusuna borc pul verir. O, həmin 

pulun verilməsini tələb etmək hüququnu (tələbi) öz dostuna bağışlayır. Belə halda o, həmin tələbə mülkiyyət 

hüququ əldə edir. Başqa bir misalda vətəndaş tikinti təşkilatına onun üçün bağ evi tikməyi sifariş edir və dərhal 

podrat haqqını ödəyir. Evin tikilməsinə bir il qalmış o, evin verilməsini tələb etmək hüququnu (tələbi) öz qon-

ş

usuna satır. Belə halda qonşunun tələbə mülkiyyət hüququ yaranır. 



Ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   930   931   932   933   934   935   936   937   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin