Mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əşya dedikdə, dəyəri olan və pula qiymətləndirilə bilən
hüquqlar başa düşülür. Söhbət əmlak hüquqlarından gedir. Müasir mülkiyyət konsensiyası mülkiyyət hüququ-
nun obyekti kimi qeyri-maddi əşyaya aid edir:
●
sənaye mülkiyyəti hüquqları (ixtira, sənaye nümunəsi, əmtəə nişanı, firma adı, nou-hau və digər obyekt-
lərə olan hüquqlar);
●
maliyyə mülkiyyəti hüquqları (pul, qiymətli kağızlarından, yəni istiqrazdan, vekseldən, çekdən və digər
qiymətli kağızlardan irəli gələn tələb hüquqları; müxtəlif cəmiyyət və kompaniyalarda iştirak hüququnu ifadə
edən sənədlər, yəni səhm və pay);
●
kommersiya mülkiyyəti hüquqları (malların alınmasını ifadə edən mala sərənjamverici sənədlər, yəni
konosament, anbar şəhadətnaməsi).
Həm sənaye mülkiyyəti, həm maliyyə mülkiyyəti, həm də kommersiya mülkiyyəti obyektlərinin maddi (əş-
ya) forması yoxdur; bu obyektlər açıq-aşkar əşya xarakterində deyil.
stehsal və iqtisadiyyatın inkişafı, elmi-texniki proqress mülkiyyət hüququnun obyekti kimi qeyri-maddi əş-
yaların əhəmiyyətini artırmış, mülkiyyət hüququ obyektlərinin ilkin, ənənəvi anlayışından prinsipial surətdə im-
tina olunmasını şərtləndirmişdir. Nəticədə mülkiyyət hüququnun obyekti olan maddi əşyalarla əməliyyatlar
ikinci plana keçmiş, əmlak xarakterli və əmtəə məzmunlu hüquq olan qeyri-maddi əşyalar isə təsərrüfat-iqtisadi
həyatın vacib amilinə çevrilmişdir.
Məlum məsələdir ki, qeyri-maddi predmetlər sözün əsl mənasında əşya sayılmır və buna görə də mülkiyyət
hüququnun obyekti kimi çıxış edə bilməz. Ona görə ki, əşya maddi anlayışdır. Lakin buna baxmayaraq, bu cür
predmetlər formal cəhətdən əşya kateqoriyasına aid olunur. Belə aid etmə texniki xarakterli üsuldur və
qətiyyən əşya kateqoriyasına şamil olunan həmin predmetlərin mahiyyətini əks etdirmir. Belə aidiyyətin əsasın-
da praktiki ehtiyaclar durur. Həmin ehtiyacları təmin etmək üçün qeyri-maddi predmetlər əşya kateqoriyasına
aid edilir. Belə halda bu predmetlərlə bağlı olan müvafiq münasibətlərin hüquqi recimi dəyişilir, yəni həmin
Dostları ilə paylaş: |