2. Əqdin hüquqi əlamətləri
Real həyatda mövcud olan faktların əqd kimi tanınması üçün həmin faktların tələb edilən əlamətlərə uyğun
gəlməsi və cavab verməsi tələb olunur. Bu əlamətlərə uyğun gəlməyən fakt əqd hesab edilmir və hər hansı bir
mülki hüquq və vəzifənin əmələ gəlməsinə səbəb olmur. Əksinə, həmin əlamətlərə cavab verən fakt isə əqd sta-
tusu əldə edir və müəyyən mülki hüquq və vəzifənin yaranması üçün əsas olur.
Faktların əqd kimi tanınmasını şərtləndirən əsaslara əqdin əlamətləri deyilir. Mülki hüquq elmində (si-
vilistika doktrinasında) bu cür dörd əlamətin olması göstərilir. Həmin əlamətlər əqdlərə hərtərəfli və geniş hü-
quqi xarakteristika verilməsinə imkan yaradır.
Əqdin birinci əlaməti ondan ibarətdir ki, o, müəyyən hüquqi faktdır. O, real gerçəkliyin elə bir faktıdır
ki, qanun mülki hüquq və vəzifələrin əmələ gəlməsini məhz bu faktla bağlayır və əlaqələndirir. Amma bütün
hüquqi faktların hamısı, istisnasız olaraq, əqd hesab edilmir. Yalnız hüquqi faktların hüquqi hərəkət kimi nö-
vü əqd kimi tanına bilər. Bununla bütün əqdlər hüquqi faktların hüquqi hadisə kimi digər növündən ayrılır və
305
fərqlənir. Belə ki, hüquqi hadisələr əqd ola bilməz. Əqd hüquqi hadisə yox, hüquqi hərəkətdir.
Ə
Dostları ilə paylaş: |