rtin dördüncü əlaməti ondan ibarətdir ki, o, qanunlara, hüquq qaydasının əsaslarına və əxlaq prin-
siplərinə uyğun olmalıdır. Məsələn, evtanaziya (xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərə-
kətlə tezləşdirmək, həyatın davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması), insan orqan və toxu-
malarının alqı-satqısı, fiziki şəxsə zərər vurmaq və digər hallar şərt kimi istifadə oluna bilməz. Uzun müddət
ağır xəstə olan şəxs yaxın qohumu ilə belə bir şərt barədə razılığa gəlir ki, əgər hər hansı üçüncü şəxs evtanazi-
yaya yol verərsə, o, yaşayış evini ona bağışlayajaqdır. Başqa bir misalda ev sahibi vətəndaşla belə bir şərt nə-
zərdə tuturlar ki, əgər vətəndaş ev sahibinin yaxşı münasibətdə olmadığı qonşusunu döydürərsə, o, yaşayış evini
həmin vətəndaşa əvəzsiz istifadəyə verəjəkdir. Bu cür şərtlər hüquqi əhəmiyyətə malik olmayıb, etibarsız hesab
edilir və buna görə də hüquqi nəticəyə səbəb olmur.
Şə
Dostları ilə paylaş: |