müəyyən yaş həddinə çatmaq kimi hallardan şərt kimi istifadə edilə bilməz. Əgər bu hallar əqdin bağlan-
masında şərt kimi götürülərsə, onda həmin əqd müddətli əqd hesab ediləjəkdir. Məsələn, mal göndərmə müqa-
viləsinə görə, mal göndərən (satıcı) alıcıya yanvar ayının 20-nə kimi mal verməyi öhdəsinə götürür. Burada
müddət əqdin icra vaxtını müəyyən edir. O, müqavilə üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi anını
təyin edir. Buna görə müddət hüquqi fakt rolunu oynayan şərt qismində çıxış edə bilmir, həmin müqavilə isə
şə
rti bağlanan əqd sayılmır. Başqa bir misalda atanın öz uşağının adına banka pul qoymasını rəsmiləşdirən bank
ə
manəti (depozit) müqaviləsində göstərilir ki, bir yaşlı uşaq 18 yaş həddinə çatdıqda, əmanətə sərənjam verə bilər.
Bu müqavilə şərtlə bağlanan yox, müddətli müqavilə hesab edilir. Ona görə ki, uşağın on səkkiz yaş həddinə çat-
ması halı labüddür və qaçılmazdır. Bu hal isə şərt kimi götürülə bilməz. Həmin müqavilədə müddət (on səkkiz yaş
həddinə çatma halı) uşağın əmanətə sərənjam vermək hüququnun əmələ gəlmə anını müəyyən edir.
Şə
Dostları ilə paylaş: |