disə baş verməyəjəksə». Məsələn, dəniz sahilində yerləşən bağ evinin sahibi ilə kənd sakini belə bir şərt barə-
də razılığa gəlirlər ki, əgər bağ evi sahibinin uzaq xarici ölkədə işləyən oğlu avqust ayında yay istirahət məzu-
niyyətinə gəlməsə, o, həmin evi kənd sakininə kirayəyə verəjəkdir. Burada «uzaq xarici ölkədə işləyən şəxsin
avqust ayında məzuniyyətə gəlməməsi» mənfi (neqativ) şərt hesab edilir. Başqa bir misalda kənd sakini şəhərdə
yaşayan qohumu ilə belə bir şərt barədə razılığa gəlir ki, əgər quraqlıq olmasa, o, öz torpaq sahəsində bejərdiyi
kartofdan iki kisə qohumuna verəjəkdir. Burada «quraqlıq olmaması» neqativ (mənfi) şərtdir.
Şə
rti bağlanan əqdlərdə şərt hüquqi fakt kimi çıxış edir. Bu fakt əsasında hüquqi nəticə yaranır. Bu cəhəti ilə
o, əqdin elementi kimi çıxış edən şərtdən fərqlənir. Belə ki, əqdin elementi kimi çıxış edən şərt hüquqi fakt
Dostları ilə paylaş: |