müddətdə baş verəjəksə». Məsələn, malgöndərmə müqaviləsində tərəflər belə bir şərt nəzərdə tuturlar ki, əgər
sentyabr ayında bol məhsul olsa, satıcı (mal göndərən) alıcıya beş partiya meyvə-tərəvəz məhsulu göndərəcək-
dir. Bu misalda satıcının alıcıya məhsul göndərməsi (hüquqi nəticə) müsbət (pozitiv) şərtdən, yəni sentyabr
ayında bol məhsul olmasından asılıdır.
Ə
gər əqd hansısa hadisənin (halın) müəyyən müddətdə baş verməyəjəyi şərti ilə bağlanmışdırsa, bu cür şərtə
mənfi (neqativ) şərt deyilir (MM-in 328-ci maddəsinin 5-ci bəndi). Müəyyənləşdirilən müddətdə əgər şərt baş
verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olarsa, şərt yerinə yetirilmiş sayılır və
hüquqi nəticəyə səbəb olur. Əksinə, şərt baş verdikdə, onun hüquqi əhəmiyyəti olmur və hər hansı hüquqi
nəticə doğurmur.
Mənfi (pozitiv) şərt mənfi formada ifadə edilir. Onun əsas formulası belədir: «əgər müəyyən müddətdə ha-
Dostları ilə paylaş: |