Təxirəsalıcı müddətlə bağlanmış əqdlər odur ki, tərəflər bu cür əqdlər üzrə hüquq və vəzifələrin əmələ
gəlməsini müəyyən müddətdən asılı edirlər. Həmin müddətə təxirəsalıcı müddət deyilir. Məsələn, kirayə mü-
qaviləsi üzrə tərəflər razılığa gəlirlər ki, əşya müqavilə bağlandığı andan dörd ay sonra — 2003-cü ilin may ayı-
nın 5-də kirayəçinin istifadəsinə verilsin. Tərəflərin əqd üzrə hüquq və vəzifələrinin əmələ gəlməsi həmin müd-
dətə kimi təxirə salınır, yubadılır. Həmin müddət yetişdikdə, tərəflərin kirayə müqaviləsi üzrə hüquq və vəzifə-
ləri yaranır. Bu müddət yetişməyənə kimi onların hüquq və vəzifələri əmələ gəlmir.
Dostları ilə paylaş: |