Müddətsiz əqdlər odur ki, bu cür əqdlərin nə qüvvəyə minmə müddəti, nə də onun qüvvəsinə xitam
verilməsi müddəti müəyyənləşdirilmir. Bu əqdlər onun icra olunması müddətini nəzərdə tutmur. Tələb etmək
hüququ olan tərəf əqdin dərhal icrasını tələb edə bilər. Əqdin digər tərəfi (borclu şəxs) isə bu tələbi ağlabatan
müddətdə icra etməyə borcludur. Əgər ağlabatan müddətdə əqd icra olunmazsa, borclu qarşı tərəfin icra tələbini
irəli sürdüyü gündən yeddi gün müddətində onu icra etməyə borcludur (MM-in 427-ci maddəsi). Müddətsiz
ə
qdlər qeyri-müəyyən müddətli əqdlər də adlanır.
7. Adi (şərtsiz) və şərti əqdlər
Ə
qdin hüquqi nəticəsinin müəyyən haldan (şərtdən) asılı olaraq əmələ gəlməsi kimi əlamətə görə əqd-
lər iki yerə ayrılır:
●
adi (şərtsiz) əqdlər;
●
şərti bağlanan əqdlər.
Adi (şərtsiz) əqdlər odur ki, tərəflər bu cür əqdlərdə hüquqi nəticənin əmələ gəlməsini hər hansı hal-
dan (şərtdən) asılı etmirlər. Bu əqdlər üzrə tərəflərin hüquq və vəzifələrinin əmələ gəlməsi və ya onların xi-
tam edilməsi hər hansı halla (şərtlə) bağlı deyil. Alqı-satqı, bağışlama, kirayə, icarə, əvəzsiz istifadə və digər
müqavilələr, əgər özlərində müəyyən şərt nəzərdə tutmazlarsa, adi əqd kateqoriyasına şamil edilir. Adi əqdlər
üzrə hüquq və vəzifələr, ümumi qaydaya görə, ya əqd bağlandığı anda, ya da müəyyən müddət keçdikdən sonra
ə
mələ gəlir.
Şə
Dostları ilə paylaş: |