ticarət əqdinin əsas əlaməti kimi nəzərdə tutur. Digər ölkələrin (Almaniya, Yaponiya) qanunvericiliyi isə əq-
din kommersantlar tərəfindən bağlanması meyarını ticarət əqdinin əsas əlaməti kimi qəbul edir və tanıyır.
Almaniya sivilistika doktrinasına görə, ticarət hüququnun spesifik subyektləri, yəni sahibkarlar (ticarətçilər) tə-
rəfindən bağlanan əqdlərə ticarət əqdləri deyilir. Yaponiya Ticarət Məcəlləsinin 1-ci maddəsində göstərilir ki,
kommersant öz adından sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsdir.
Müasir Rusiya hüquq elmində ticarət əqdinə sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün sahibkarlar ara-
sında və ya onların iştirakı ilə bağlanan əqd kimi anlayış verilir. Buradan belə bir nəticə çıxarılır ki, ticarət əqd-
ləri dedikdə, sahibkarlıq müqavilələri başa düşülür.
Bizim zənnimizjə, bu iki anlayışı bir-birilə eyniləşdirmək olmaz. Belə ki, sahibkarlıq müqavilələri və ticarət
ə
qdləri bir-birinə son dərəcə yaxın olsalar da, onlar tam üst-üstə düşmürlər. Sahibkarlıq əqdləri (müqavilələri)
nisbətən daha geniş və əhatəli anlayışdır. Məsələn, kredit, lizinq, icarə, françayzinq və digər müqavilələr sahib-
karlıq əqdi kateqoriyasına aid edilir. Amma onları ticarət əqdləri hesab etmək ağlabatan və inandırıcı görünmür.
Deməli, ticarət əqdləri həmişə sahibkarlıq əqdləri sayılır. Lakin sahibkarlıq əqdlərini həmişə ticarət əqdləri he-
sab etmək olmaz.
Dostları ilə paylaş: |