9. Əqdin yönəldiyi hüquqi nəticədən asılı olaraq onun növləri
Almaniya mülki hüquq elmində əqdin yönəldiyi hüquqi nəticədən asılı olaraq onun iki növü fərqləndirilir:
şə
xsi əqdlər; əmlak əqdləri. Şəxsi əqdlərə ailə-nikah əqdləri, əmlak əqdlərinə isə əşya, öhdəlik və vərəsəlik
ə
qdləri daxildir. Ümumilikdə göstərilən meyara (əlamətə) görə mülki-hüquqi əqdlər dörd növə bölünür:
●
ailə-nikah əqdləri;
●
əşya əqdləri;
●
öhdəlik əqdləri;
●
vərəsəlik haqqında əqdlər.
Ailə-nikah münasibətləri sferasında bağlanan əqdlərə ailə-nikah əqdləri deyilir. Məsələn, nikahın bağlan-
ması bu növ əqdə misal ola bilər.
Əş
ya hüquqları müəyyənləşdirən əqdlər əşya əqdləri adlanır. Almaniya sivilistika doktrinasında daşınar əş-
yalara mülkiyyət hüququnun verilməsini (tradisiyanı) əşya əqdinin əsas nümunəsi hesab edirlər. Bu əqd Alma-
niya Mülki Qanunnaməsinin 929-cu paraqrafında öz əksini tapmışdır. Həmin əqd bizim ölkə qanunvericiliyinə
də məlumdur (MM-in 181-ci maddəsi). Həmin əqdə görə, daşınar əşyaya sahibliyin verilməsi ilə mülkiyyət hü-
ququ da başqa şəxsə keçir və bununla göstərilən şəxs mülkiyyət hüququ əldə edir. Bundan əlavə, superfitsi (ti-
kiliyə vərəsəlik hüququ haqqında) müqaviləsi servitut barədə müqavilə, girov müqaviləsi və s. əşya əqdi kate-
qoriyasına aiddir.
Dostları ilə paylaş: |