Renta müqaviləsi də aleator (risqli) əqdlərə aid edilir. Bu müqavilə əsasında hər bir tərəfin öz üzərinə götür-
düyü risq elementi elə bir ehtimala əsaslanır ki, onlardan hər biri faktiki cəhətdən verdiyi əvəzə nisbətən az
həjmdə qarşılıqlı əvəz alır. Renta müqaviləsinin aleator əqd kateqoriyasına aid edilməsi Fransa hüquq elmində
göstərilir. Bu müqavilənin aleator təbiətli və xarakterli əqd olması həm də qanunvericilik səviyyəsində müəy-
yənləşdirilmişdir. Belə ki, Fransa MM-in 1964-cü maddəsi bu məsələyə toxunur.
Oyun keçirilməsi barədə müqavilələr (oyun müqavilələri) də aleator əqd kateqoriyasına şamil edilir. Məsə-
lən, müxtəlif telekanallarda nümayiş etdirilən oyunlar («Çto? Qde? Koqda?», «Pole çudes», «O, sçastlivçik!»
və s.) aleator əqdə misal ola bilər.
Dostları ilə paylaş: |