lıqlı razılığı ilə həmin əqd notariat qaydasında təsdiqlənir. Məsələn, borc, icarə, əmlak kirayəsi, lizinq, fran-
çayzinq, faktorinq, daşıma, kredit, podrat və digər müqavilələr üçün qanun notarial forma müəyyənləşdirmir.
Lakin həmin müqavilələri bağlayan tərəflərin qarşılıqlı razılığı olarsa, onda hökmən müqavilə notariat qayda-
sında təsdiqlənir.
Düzdür, Mülki Məcəllədə (qanunda) konkret və birbaşa göstəriş yoxdur ki, tərəflərin qarşılıqlı razılığı ilə
ə
qd notarial formada bağlana bilər. Amma MM-in 329-cu maddəsinin 1-ci bəndindən belə bir nəticə çıxara bi-
lərik ki, əqdin forması ya qanunla (Mülki Məcəllə ilə), ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Odur ki, tərəflərin qarşılıqlı razılığı ilə əqd notariat qaydasında təsdiqlənə bilər. Digər tərəfdən qanun (Mülki
Məcəllə) bunu, yəni tərəflərin qarşılıqlı razılığı əsasında notarial formada əqd bağlamalarını qadağan edən hər
hansı göstəriş ifadə etmir. Buna görə də əqd bağlayan tərəflər onun notariat qaydasında bağlanması barədə razı-
lığa gəlməkdə haqlıdırlar.
Bəzən təsərrüfat dövriyyəsində yaranmış təjrübə şəxsləri vadar edir ki, onlar bağladıqları əqdləri notariat
qaydasında təsdiq etdirsinlər. Bu cür əqdlərin notarial formada olmasını hər hansı normativ akt nəzərdə tutmur.
Məsələn, minik avtomobilinin alqı-satqı müqaviləsi üçün qanun notarial forma tələb etmir. Buna görə də vətən-
daşlar bu müqaviləni qeyri-notarial, yəni sadə yazılı formada bağlamalıdırlar. Lakin nəqliyyat vasitələrinin qey-
diyyatını aparan Dövlət Yol Polisi darəsi tərəfindən yaranmış təjrübə bu müqavilənin notarial formada bağlan-
masını şərtləndirir.
Ə
qdin notarial formasına riayət edilməməsi hüquqi nəticəyə səbəb olur. Belə ki, əqdin notarial formasına ri-
ayət edilməməsi onun etibarsızlığına gətirib çıxarır. Ona görə ki, qanun və ya tərəflərin qarşılıqlı razılığı ilə mü-
ə
yyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır (MM-in 329-cu maddəsinin 1-ci
bəndi). Bu kimi nəticə bir sıra halda Mülki Məcəllədə göstərilir. Məsələn, tikiliyə vərəsəlik hüququ haqqında
müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır (MM-in 251-ci maddəsinin 1-ci bəndi).
Dostları ilə paylaş: |