hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması yolu ilə həyata keçirilir. Bu reyestri isə müva-
fiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərtib
edir. Vahid dövlət reyestrinin olması mürəkkəb və daha vacib əqdlərin barəsində informasiyanın tamlığını, eti-
barlılığını və düzgünlüyünü təmin edir və bununla mülki (əmlak) dövriyyənin möhkəmliyinə və dayanıqlığına
331
təsir göstərir.
«Əqdin özünün dövlət qeydiyyatı» anlayışı ilə «əqddən əmələ gələn hüquqların dövlət qeydiyyatı» anlayışını
bir-birindən fərqləndirmək lazımdır. Onlar eyni mənalı anlayışlar hesab olunmur.
Ə
Dostları ilə paylaş: