Xüsusi razılığa və ya xüsusi icazəyə lisenziya deyilir. Yalnız bu cür lisenziya olduqda, şəxs müvafiq əqdlər
bağlaya bilər. Lisenziya xüsusi razılıq tələb edən ayrı-ayrı fəaliyyət növləri üzrə verilir. Məsələn, kredit təşkila-
tı bank əmanəti, bank hesabı, kredit və digər müqavilələr bağlamaq üçün Milli Bankdan lisenziya almalıdır.
Müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya olmazsa, şəxsin bağladığı əqd etibarsız hesab edilir.
Sonradan verilən razılığın mahiyyəti ondan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd hüquqi
qüvvəyə minir. Sonradan verilən razılığa Almaniya Mülki Qanunnaməsinə uyğun olaraq (§ 184) «bəyənmə»
(Genehmigung) deyilir. Bəyənmə əqdin zəruri elementi kimi tərəflər üçün hüquq və nəticələr doğurur. Məsələn,
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxs müstəqil surətdə əqd bağlayırlar. Əgər onların
valideynləri həmin əqdi bəyənsələr, o, etibarlı hesab ediləjəkdir (MM-in 30-cu maddəsinin 1-ci bəndi). Bu isə o
deməkdir ki, bəyənmə geriyə təsir qüvvəsinə malikdir. Ona görə ki, bəyənən şəxs yeni əqdə yox, əvvəl bağlan-
mış əqdə razılıq verir. O, əqdi artıq bağlanmış əqd kimi bəyənir. Məhz bu səbəbdən də bəyənmə geriyə qüvvəyə
malikdir: əqdin bağlandığı andan (bəyənildiyi andan yox) hüquqi qüvvəsi vardır. Bu cür göstəriş olduğu kimi
Almaniya Mülki Qanunnaməsində də nəzərdə tutulur (§ 184).
Digər hallarda da bəyənmə qaydasında əqdin bağlanması mümkündür: fəaliyyət qabiliyyəti olmayan sayıl-
mış şəxsin bağladığı əqd sonradan qəyyumun bəyənməsi ilə etibarlı hesab edilə bilər (MM-in 28-ci maddəsinin
3-cü bəndi); 14 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin bağladığı
ə
qd sonradan valideynləri, övlad-
lığa götürənlər və ya qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır (MM-in 29-cu maddəsinin 1-ci bəndi); məh-
dud fəaliyyət qabiliyyətli şəxslərin bağladığı əqd sonradan himayəçisinin yazılı razılığı ilə bəyənildikdə etibarlı
hesab edilə bilər (MM-in 32-ci maddəsinin 1-ci bəndi).
Ümumi qayda belədir ki, səlahiyyəti olmayan şəxsin (səlahiyyətsiz şəxsin) əşyaya və ya hüquqa dair sərən-
jam vermək (özgəninkiləşdirmək, girov qoymaq, kirayəyə vermək və s.) hüququ çatmır. O, yalnız səlahiyyətli
şə
xsin qabaqjadan verdiyi icazə əsasında əşya və ya hüquq barədə sərənjam əqdi bağlaya bilər. Məsələn, icarə-
çinin əşyanı ikinci əldən icarəyə vermək ixtiyarı yoxdur. Amma səlahiyyətli şəxs, yəni icarəyə verən mülkiyyət-
çi razılıq versə, o, həmin əşyanı başqa şəxsə icarəyə (subicarəyə) verə bilər.
Bəzi hallarda səlahiyyətsiz şəxs mülkiyyətçinin (səlahiyyətli şəxsin) qabaqjadan razılığını almadan əşya ba-
rəsində sərənjam əqdi bağlayır. Bu cür məqamlarda, əgər səlahiyyətli şəxs bunu bəyənərsə, əqd etibarlı olur.
Dostları ilə paylaş: |