§ 4. Əqdin etibarsızlığı.
Etibarsız əqdlər və onların növləri
1. Əqdlərin etibarsızlığının anlayışı
Qeyd etdik ki, sivilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstə-
rilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid
edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu
şə
rtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağla-
dıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur.
Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş
öz birotaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə
bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur.
Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəl-
məsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Başqa bir misalda
on üç yaşlı məktəbli (yetkinlik yaşına çatmayan şəxs) qiymətli ev-məişət predmetini (məsələn, xalçanı) öz mək-
təb yoldaşına bağışlayır. Bu cür müqavilə etibarsız hesab edildiyinə görə hüquqi nəticə doğurmur. Belə ki, 13
yaşlı şəxsin məktəb yoldaşının həmin predmet (xalça) üzərində mülkiyyət hüququ əmələ gəlmir. Ona görə ki,
ə
qdin subyekt tərkibi haqqında şərt pozulmuş, ona əməl olunmamışdır. Bu şərtə görə əqd bağlayan subyektlər
334
tam mülki fəaliyyət qabiliyyətinə malik olmalıdırlar. Həmin məktəblilərin isə tam mülki fəaliyyət qabiliyyəti
yoxdur. Beləliklə, nəzərdə tutulan şərtlərdən birinin pozulması, ona riayət edilməməsi əqdin etibarsızlığına sə-
bəb olur.
Ə
Dostları ilə paylaş: |