səbəb olması barədə göstəriş olsun. Madam ki, qanun müvafiq əqd üçün notarial forma müəyyənləşdirmişdir,
bu formaya da əməl olunmalıdır və əgər olunmazsa, həmin əqd etibarsız hesab edilir. Bu qaydanın qanunun
konkret maddələrində təsdiqlənməsinə ehtiyac yoxdur. Məsələn, daşınmaz əşyaların alqı-satqı müqaviləsi üçün
qanun notarial forma nəzərdə tutur (MM-in 647-ci maddəsi). Lakin qanun konkret olaraq, həmin formaya əməl
edilməməsinin müqavilənin etibarsızlığına səbəb olması haqqında göstəriş ifadə etmir. Amma buna baxmaya-
raq, müqavilənin forması barədə şərt pozulsa, o, etibarsız hesab ediləjəkdir.
Bu, MM-in 329-cu maddəsinin 1-ci
bəndində ifadə olunan göstərişdən irəli gəlir.
Ə
Dostları ilə paylaş: |