qddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması həmin əqdin etibarsız-
lığına səbəb olur. Belə halda da etibarsızlıq haqqında nəticənin MM-in konkret normalarında nəzərdə tutulması-
na ehtiyac yoxdur. Bu, o deməkdir ki, əqddən irəli gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsi
avtomatik olaraq, nəticənin qanunun konkret normalarında göstərilməsindən asılı olmayaraq, həmin əqdin eti-
barsızlığına səbəb olur. Məsələn, qanunda ipoteka haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində
dövlət qeydiyyatına alınması barədə göstəriş ifadə olunmuşdur (MM-in 309-cu maddəsinin 1-ci bəndi). Amma
qanun konkret normada bu müqavilənin dövlət qeydiyyatına alınması haqqında tələbin pozulmasının onun eti-
barsızlığına səbəb olması barədə göstəriş nəzərdə tutmur. Lakin buna baxmayaraq, əgər həmin tələbə riayət
edilməzsə, ipoteka müqaviləsi etibarsız hesab edilir. Bu, MM-in 329-cu maddəsinin 1-ci bəndində ifadə olunan
göstərişdən irəli gəlir.
Dostları ilə paylaş: |