Hakimiyyətdən sui-istifadə dedikdə, hakimiyyət funksiyasını həyata keçirən dövlət orqanlarının vəzifəli
şə
xsinin qəsdən öz vəzifəsindən istifadə etməklə tamah məqsədi ilə və ya sair şəxsi marağı üzündən dövlət mə-
nafeyinə və ya cəmiyyətin ictimai mənafeyinə, yaxud vətəndaşların qanunla qorunan hüquq və mənafeyinə mü-
hüm zərər vurması başa düşülür. Məhz bu səbəbdən hakimiyyətdən sui-istifadə nəticəsində bağlanan əqdlər
dövlət və cəmiyyətin mənafeyinə qəsd edir, qüvvədə olan qanunvericiliyi pozur, ölkənin iqtisadi təhlükəsizliyi-
nə xələl gətirir. Ümumiyyətlə, bu əqdlər hüquq normalarının elə tələblərini pozur ki, həmin tələblər ölkənin
Konstitusiya quruluşunun əsaslarını, dövlətin iqtisadi sistemini və müdafiə qabiliyyətini, vətəndaşların hüquq
və azadlıqlarını müdafiə etməyə və qorumağa yönəlmişdir.
Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər, hər şeydən əvvəl, ümumi mənafeyi, yəni
cəmiyyətin (ictimai) və dövlətin mənafeyini pozur. Ona görə də onlar antisosial xarakterə malikdir. Məhz bu
səbəbdən həmin əqdləri antisosial əqd kateqoriyasına aid edə bilərik.
Yaponiya mülki qanunvericiliyinə ictimai (ümumi) qaydaya və xoşməramlı adətlərə zidd olan əqd növü mə-
lumdur. Bu növ əqdlər etibarsız sayılır (MM-in 90-cı maddəsi). Bu iki anlayış heç də həmişə bir-birindən fərq-
ləndirilmir. ctimai qayda anlayışı dövlət və cəmiyyətin mənafeyi ilə bağlıdır. Xoşməramlı adətlər isə mənəvi
xarakterli kateqoriyadır. Almaniya mülki qanunvericiliyinə isə xoşməramlı adətləri pozan əqd növü məlumdur
(MQ-nin 138-ci paraqrafı).
Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər, hər şeydən əvvəl, xarici iqtisadi münasibətlərdə,
maliyyə-bank, pul-kredit, vergi, xarici valyuta, pul dövriyyəsi, büdjə işi, sığorta fəaliyyəti və digər sahələrdə
bağlanılır. Ölkənin strateci əhəmiyyətli məhsullarını (neft məhsullarını, pambığı, müxtəlif metal növlərini və s.)
qanunsuz olaraq xarici şəxslərə satmaq, qanunsuz silah alverini və s. bu cür əqdlərə misal çəkə bilərik.
Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlərin obyektiv tərəfini qanunun tələblərinin pozulma-
sına yönələn hərəkətlər təşkil edir. Çox vaxt cinayət hərəkətləri bu əqdin obyektiv tərəfi qismində çıxış edir.
Həmin əqdin subyektiv tərəfi həmişə qəsdlə xarakterizə edilir. Bu cür əqdin etibarsız hesab edilməsi üçün
vacibdir ki, subyektiv meyar mövcud olsun, yəni əqd iştirakçılarından, heç olmazsa, birinin qəsd formasında
təqsiri olsun.
Hakimiyyətdən sui-istifadə nəticəsində bağlanmış əqdlər spesifik subyekt tərkibinə malikdir. Bu əqdlərdə
iştirak edən subyektlərdən biri, heç olmazsa, hakimiyyət nümayəndəsi olmalıdır. Hakimiyyət nümayəndəsi de-
dikdə, hakimiyyət funksiyasını həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri başa düşülür. Əqdin digər tə-
rəfi (kontragent) rolunda isə həm fiziki, həm də hüquqi şəxslər, o cümlədən xarici şəxslər çıxış edə bilər.
Göstərilən əqd məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Bunun üçün zərərçəkən tərəfin iddia ilə
Dostları ilə paylaş: |