Puç əqdlərin etibarsız sayılması üçün məhkəmə qərarının olması tələb edilmir; bu məsələ mübahisə
predmetinə çevrilmir. Bu növ əqdlər o qədər qüsurludur ki, onların qüsurlu olması faktının məhkəmə orqanı
tərəfindən təsdiqlənməsinə ehtiyac qalmır. Həmin qüsur o dərəcədə üzdə və göz qabağındadır ki, onun olmasını
mübahisə predmetinə çevirmək lazım gəlmir.
Beləliklə, puç əqdlər, məhkəməyə bu əqdlərin etibarsız hesab edilməsi barəsində iddia verilməsindən asılı
olmayaraq, etibarsız sayılır. Onların etibarsız sayılması qanunda ifadə
edilən birbaşa göstərişlə bağlı olub,
bu göstərişə əsaslanır. Ona görə də puç əqdin elementlərindən birinin qüsurlu olmasını müəyyən və aşkar
edərkən maraqlı şəxs məhkəmə orqanının müdaxiləsini gözləmədən dərhal puç əqdlərin etibarsızlığının səbəb
olduğu nəticənin tətbiq olunmasını tələb edə bilər.
Puç əqdlər lap əvvəldən etibarsızdır. Bu, o deməkdir ki, onlar bağlandığı andan etibarsız hesab edilir. Bu
ə
qdlər onların etibarsız sayılması haqqında məhkəməyə iddia veriləjəyindən və ya verilməyəjəyindən asılı ol-
mayaraq, hüquqi nəticə (tərəflər üçün hüquq və vəzifələr) yaratmır.
Doğrudur, puç əqdlə bağlı olaraq məhkəməyə iddia ərizəsi verilə bilər, bu, istisna olunmur. Amma belə hal-
da iddianın predmeti qismində, bir qayda olaraq, əqdin etibarsız hesab edilməsi barədə tələb çıxış etmir. Bu cür
tələb irəli sürülə də bilməz. Belə ki, əqd qanunda ifadə edilən göstərişə görə puçdur və bunun etibarsız sayılma-
sına ehtiyac yoxdur. Puç əqdlə bağlı iddianın predmetini, adətən, puç əqdlərin etibarsızlığının qanunda nəzərdə
tutulan nəticəsinin tətbiqi haqqında tələb təşkil edir. ddia ərizəsini isə istənilən maraqlı şəxs verə bilər. Məhkə-
mənin də əqdin etibarsızlığı nəticələrini tətbiq etmək hüququ vardır. Bununla belə, nadir hallarda puç əqdin eti-
barsız sayılması barədə iddia verilə bilər (bu barədə növbəti yarımbaşlığa bax).
Biz puç əqdlərin bundan əvvəlki paraqrafda hüquqi xarakteristikasını vermişik. Onların mahiyyətini və əsas
cəhətlərini yenidən nəzərdən keçirməyə ehtiyac yoxdur. Yalnız puç əqd kateqoriyasına aid edilən əqd növləri-
nin siyahısını verməklə kifayətlənirik:
●
uydurma əqdlər;
●
yalan əqdlər;
●
qeyri-ciddi əqdlər;
●
psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqdlər;
●
on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdlər;
●
MM ilə və ya müqavilə ilə müəyyənləşdirilmiş məjburi formanı pozmaqla bağlanan əqdlər (forması qüsur-
lu olan əqdlər);
●
icazə alınması zəruri olan, lakin icazə alınmadan bağlanan əqdlər;
●
əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinin pozulması ilə bağlanan əqdlər.
Puç əqdləri mübahisə olunan əqdlərdən, ilk növbədə xarici əlamətə (göstəriciyə) görə fərqləndirmək lazım-
dır. Belə ki, MM-in konkret normalarında puç əqdin əhəmiyyətsiz olması barədə göstəriş olur (məsələn, uydur-
ma əqd əhəmiyyətsizdir; yalan əqd əhəmiyyətsizdir və s.). Bəzi
normalarda isə sadəjə olaraq göstərilir ki, əqd
etibarsızdır. Məsələn, MM-in 344-cü maddəsinin 1-ci bəndinə görə, 14 yaşı tamam olmamış azyaşlının bağladı-
ğ
ı əqd etibarsızdır. Hər ehtimala qarşı konkret normada əgər «əqd barədə mübahisə edilmək» barədə göstəriş
olmazsa, həmin əqd puç əqd sayılır.
Puç əqdlərin etibarsızlığı zamanı təsdiqetmə müəyyən əhəmiyyətə malikdir. Təsdiqetmə hüquqi əhəmiyyətə
malik olan aktdır. Əgər puç əqdi bağlamış şəxs onu inkar edirsə, bu hərəkət əqdin bağlanmaması kimi qiymət-
ləndirilir. Əksinə, həmin şəxs onu təsdiq edirsə, bu, o deməkdir ki, əqd yenidən bağlanmışdır (MM-in 351-ci
maddəsinin 2-ci bəndi).
Təsdiqləmə (təsdiqetmə) anlayışı bizim ölkə qanunvericiliyinə Almaniya Mülki Qanunnaməsindən keçmiş-
dir (§ 144). Təsdiqetmə elə bir bəyanatdır ki, bunun nəticəsində etibarsız əqd hüquqi qüvvəyə malik olur. Bu
cür bəyanat bağlanmış əqdin bir hissəsi hesab olunmur. Buna görə də onun qanunun əqd üçün müəyyənləşdirdi-
yi formaya uyğun gəlməsi tələb olunmur. L.Ennekserus yazır ki, susmaq yolu ilə də təsdiqetmə mümkündür.
Bəzi hallarda ikitərəfli puç əqdi bu əqdi bağlayan tərəfdən hər ikisi də təsdiqləyir. Bu cür təsdiqləmə tərəflər
349
üçün hüquq və vəzifələr yaradır, hüquqi nəticə doğurur. Belə ki, əqd iştirakçıları əqdi icra edərək, onlara çatası
hər şeyi bir-birinə verirlər (MM-in 351-ci maddəsinin 4-cü bəndi).
Təsdiqetmə aktı bütün hallarda etibarlı olmur. Onun hüquqi əhəmiyyət kəsb etməsi üçün lazımdır ki, bağlan-
mış əqd əxlaq qayda və prinsiplərinə zidd olmasın, xələl gətirməsin, habelə üçüncü şəxslərin mənafelərini poz-
masın.
Dostları ilə paylaş: |