ddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla
müəyyənləşdirilən müddət başa düşülür. ddia müddətinin mahiyyəti ondan ibarətdir ki, bu müddət ərzində
səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsi ilə məjburi qaydada
müdafiə etmək imkanına malik olur. Bu, hüququ pozulmuş həmin şəxsin iddiası ilə hüququn müdafiəsi üçün
müəyyənləşdirilən müddətdir.
ddia müddətinin əsas və başlıja təyinatı hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qay-
dasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir. Bu müddət buraxıldıqda və ötürüldükdə, həmin
şə
xs öz hüququnu məhkəmə qaydasında müdafiə edə bilmir. O, müdafiə hüququnu itirir və bu hüquqdan məh-
rum olur. Məsələn, yük daşımaları üçün qanun bir illik iddia müddəti nəzərdə tutur (MM-in 861-ci maddəsi).
Bu müddət ötürüldükdə, yük sahibi (yük göndərən) daşıyıcıya hər hansı iddia vermək hüququnu itirir.
Hamımıza məlumdur ki, mülki hüquqlar təkcə məhkəmə yurisdiksiyası formasında yox, həm də inzibati yu-
risdiksiya formasında, habelə qeyri-yurisdiksiya formasında (özünüqoruma, özünəyardım, operativ sanksiya və
s.) müdafiə edilir. Məhz bu səbəbdən mülki hüquqların müdafiə müddəti anlayışına iddia müddətindən savayı,
mülki hüquqların inzibati yurisdiksiya və qeyri-yurisdiksiya qaydasında müdafiə müddətlərini də daxil etmək
lazımdır. Mülki qanunvericilik bu cür müddətlərin konkret vaxt dövrünü nəzərdə tutmur. Özünüqorumanın
(özünümüdafiənin) son zərurət və zəruri müdafiə kimi hərəkətləri, özünəyardım tədbirləri, habelə operativ
sanksiyalar həyata keçirilərkən müdafiə müddətinin müəyyənləşdirilməsinə heç ehtiyac da yoxdur. Məlum mə-
sələdir ki, qeyri-yurisdiksiya formasında müdafiə hərəkətlərinin yerinə yetirilməsi üçün konkret müddətin gös-
tərilməsi məntiqsizlikdir. Çünki bu müdafiə hərəkətlərinin edilməsi müddəti təxirəsalınmaz tədbirlərin görül-
məsini tələb edən yaranmış konkret vəziyyətlə şərtlənir. Çox vaxt, bir qayda olaraq, müdafiə hərəkətləri dərhal,
ləngimədən, təxirə salınmadan və yubadılmaya yol verilmədən həyata keçirilir. Məsələn, alıcı ona göndərilmiş
malın keyfiyyətsiz olmasını bilən kimi, dərhal həmin malın pulunu ödəməkdən imtina etmək kimi operativ
sanksiya (ləngitmə hərəkəti) tətbiq edir.
Beləliklə, göründüyü kimi, mülki hüquqların müdafiə müddəti anlayışı iddia müddəti anlayışından daha ge-
niş və əhatəlidir. Amma iddia müddəti bu müddət növünün əsası və mərkəzi hissəsi hesab edilir. Ona görə ki,
iddia müddəti birtərəfli mövqedə dayanan, müstəqil və yalnız qanuna tabe olan məhkəmənin həyata keçirdiyi
müdafiə ilə bağlıdır.
ddia müddəti mülki hüququn ən vacib və mühüm institutlarından biridir. Bu institutun fəaliyyət göstərməsi-
nin vacibliyi və zəruri olması bir sıra səbəblərlə bağlıdır. Daha doğrusu, mülki qanunvericiliyin həmin institutu
xüsusi olaraq tənzimləməsi və bu məqsədlə ona ayrıja olaraq fəsil həsr etməsi (18-ci fəsil, 372-384-cü maddə-
lər) bir neçə halla (səbəblə) izah edilir.
Dostları ilə paylaş: |