Birincisi, iddia müddəti mülki (əmlak) dövriyyədə sabitliyin bərqərar olmasına kömək edən vasitədir.
Belə ki, o, bu dövriyyə iştirakçıları arasındakı qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına səbəb
olur. Əgər bu müddət olmasa, onda hüquq pozuntusu yaradan müvafiq hüquq münasibəti daimi mübahisə pred-
metinə çevrilərdi.
Mülki (əmlak) dövriyyə münasibətlərində qeyri-müəyyənlik mülki-hüquqi tənzimetmənin mahiyyətinə bü-
tövlükdə ziddir. Mülki-hüquqi tənzimetmə mülki dövriyyə iştirakçılarının malik olduqları hüquq və vəzifələrin
konkretləşməsini, habelə onlar arasında yaranan mülki hüquqi mübahisənin tezliklə həll edilməsini tələb edir.
Bu hallar yalnız sabit mülki dövriyyədə ola bilər. Sabit mülki dövriyyənin mövcud olmasında iddia müddətinin
rolu və əhəmiyyəti, şübhəsiz ki, böyükdür. Mülki hüquqların məjburi müdafiəsi üçün vaxt məhdudiyyətinin —
iddia müddətinin olmaması dövriyyə iştirakçılarının hüquq və mənafelərinə xələl gətirərdi. ddia müddəti mülki
dövriyyədə hərj-mərcliyin, xaotikliyin, qarmaqarışıqlığın və özbaşınalığın qarşısını alır.
367
kincisi, iddia müddəti institutu məhkəmələrə imkan verir ki, onlar mülki-hüquqi mübahisə ni obyektiv hə -
Dostları ilə paylaş: |