368
●
sahibliyin pozulması ilə bağlı bir illik iddia müddəti (MM-in 165-ci maddəsi).
●
torpaq icarəsi müqaviləsi üzrə altı aylıq iddia müddəti (MM-in 715-ci maddəsi);
●
yük daşıması müqaviləsi üzrə bir illik iddia müddəti (MM-in 861-ci maddəsi);
●
vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iki illik iddia müddəti (MM-in 1231-ci maddəsi) və
s.
Göstərilən bölgü Almaniya hüquq doktrinasının verdiyi təsnifə uyğun gəlir. L.Ennekserus iddia müddətini
üç növə bölür: normal iddia müddətinə (30 il — § 195); qısaldılmış iddia müddətinə (gündəlik dövriyyə əqdlə-
rindən irəli gələn tələblər üzrə 2 il, bəzi hallarda isə 4 il — § 196 və yaxud kirayə və icarə haqqından, ödənil-
məmiş faizlərdən irəli gələn tələblər üzrə 4 il — § 197); daha qısaldılmış müddətlərə (xüsusi hallar üçün). Ya-
poniya mülki hüququnda 10 il, 20 il kimi iddia müddətlərinə rast gəlirik (MM-in 162-ci maddəsi). Bu ölkənin
MM-i bütün hüquqlar üçün 10 illik iddia müddəti nəzərdə tutur.
Dostları ilə paylaş: