qanunun müəyyənləşdirdiyi iddia müddətini uzatmağa və ya qısaltmağa icazə verir. Əgər subyektlər öz arala-
rında iddia müddətinin uzadılması və ya azaldılması barədə razılığa gəlməzlərsə, onda iddia müddəti Mülki
Məcəllə ilə müəyyən edilir (MM-in 374-cü maddəsinin 1-ci bəndi). Bu, son zamanlar xarici ölkələrin
qanunvericiliyində artan tendensiyaya uyğundur. Belə ki, xarici qanunvericilik tərəflərə onlara sərf edən iddia
müddətləri müəyyənləşdirməkdə geniş hüquqlar verir. Məsələn, Almaniya hüququ iddia müddətinin tərəflərin
razılığı ilə dəyişdirilməsinə (ya uzadılmasına, ya qısaldılmasına) yol verir (AMQ-nin 202-ci maddəsi). ABŞ
370
Vahid Ticarət Məcəlləsi (2-725-ci maddə) müəyyən edir ki, tərəflər 4 illik iddia müddətini 1 ilə kimi azalda bi-
lərlər. ddia müddətinin tərəflərin razılığı ilə dəyişdirilməsi tendensiyası ngiltərə hüququnda da müşahidə olun-
maqdadır. Amma bəzi ölkələrdə (məsələn, sveçrədə və s.) iddia müddətini tənzimləyən normalar imperativ xa-
rakter daşıyır. Odur ki, tərəflər iddia müddətini dəyişdirə bilməzlər.
Qeyd etmək lazımdır ki, iddia müddətinin axımının dayandırılması və kəsilməsi əsasları qanunla mü-
ə
Dostları ilə paylaş: