dəti məhkəmə tərəfindən yalnız mülki-hüquqi mübahisə üzrə müvafiq tərəfin məhkəmə qərarı çıxarıla-
nadək verdiyi ərizə əsasında tətbiq edilir. Əgər müvafiq tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə
verməzsə, onda məhkəmə iddia müddətinin keçməsindən asılı olmayaraq, işə mahiyyətjə baxır və mülki-hüquqi
mübahisə barədə qərar qəbul edir. Belə halda məhkəmənin öz xüsusi təşəbbüsü ilə iddia müddətini tətbiq et-
mək ixtiyarı çatmır.
Bir sıra hallarda mülki-hüquqi mübahisə üzrə müvafiq tərəf (cavabdeh) müdafiə tədbiri kimi istinad edir və
bildirir ki, iddiaçı iddia müddətini ötürmüşdür və buna görə də məhkəmə iddiadan imtina barədə qərar çıxarma-
lıdır. Özü də dərhal qeyd etməliyik ki, cavabdeh bu hüquqdan yalnız məhkəmə qərarı çıxarılanadək istifadə edə
bilər. Məsələn, iddia ərizəsinə verilən etirazda, məhkəmə ijlasında bu cür bildiriş (ərizə) ifadə oluna bilər. Belə
halda məhkəmə iddia müddətini tətbiq edir və əgər bu müddətin ötürülməsini müəyyənləşdirərsə, o, iddiaçının
irəli sürdüyü iddiadan (tələbdən) imtina edir. Məsələn, daşıyıcı ilə yük göndərən arasında yükün itməsi barədə
mübahisə yaranır. Yükün təyinat yerinə çatdırılmalı olduğu gündən bir il yarım keçdikdən sonra (bununla bir il-
lik iddia müddəti ötürülür) yük göndərən iddia ilə məhkəməyə müraciət edir. Daşıyıcı bir illik iddia müddətinin
ötürülməsinə görə iddiadan imtina edilməsi barədə ərizə vermir. Belə halda məhkəmə iddia müddətini tətbiq et-
məyərək, işə mahiyyətjə baxır və iddia müddətinin ötməsindən asılı olmayaraq, müvafiq qərar çıxarır.
Konkret işə baxan hakim cavabdehə izah etməyə borclu deyildir ki, cavabdeh iddia müddətinin ötürülməsinə
görə iddiaçının irəli sürdüyü iddiadan imtina olunmasını tələb etsin. Cavabdehin də ixtiyarı yoxdur ki, məhkə-
mənin iddia müddətinin ötürülməsini elan etməməklə və bildirməməklə diqqətsizliyə yol verməsinə görə onun
hərəkətlərindən şikayət versin.
Göstərilən xüsusi normanı genişləndirici təfsir etmək olmaz. Belə ki, mülki hüquq münasibəti üzrə tərəflər
istənilən vaxt, məsələn, əqd bağlanan zaman mümkün ola bilən mübahisəyə iddia müddətinin tətbiq edilməməsi
barədə razılığa gələ bilməzlər. Bu razılıq qanuna zidd olduğuna görə etibarsız sayılajaqdır. Yalnız artıq əmələ
Dostları ilə paylaş: |