Maddi mənada iddia hüququ dedikdə, pozulmuş mülki subyektiv mülki hüquqların məhkəmə vasitəsilə
məjburi qaydada həyata keçirilməsi imkanı başa düşülür. Söhbət pozulmuş və ya mübahisə edilən hüquqların
həyata keçirilməsi haqqında iddiaçının cavabdehə yönəltdiyi maddi-hüquqi tələbin məhkəmə yolu ilə təmin
edilmək imkanından gedir. Ona görə də maddi mənada iddia hüququ iddianın təmin olunması hüququ da ad-
landırılır.
ddiaçının cavabdehə yönəltdiyi maddi-hüquqi tələb iddianın predmetini təşkil edir. Çox vaxt iddianın ob-
yektini iddianın predmeti ilə qarışdırırlar. Bunlar bir-birindən fərqlənən anlayışlardır. ddianın obyekti iddiaçı-
nın əldə etməyə cəhd göstərdiyi maddi nemətə deyilir. Məsələn, konkret əmlak, pul, qiymətli kağız və s. iddia-
nın obyekti ola bilər.
Maddi mənada iddia hüququndan şəxs ona məxsus olan maddi hüquq pozulduğu və bu hüququ müdafiə et-
mək üçün hüququ pozan şəxsə məjburiyyət tədbirinin tətbiq olunması lazım gəldiyi hallarda istifadə edir. Məj-
buriyyət tədbirləri qanunla mülki hüquqları müdafiə etməyə ixtiyarı çatan məhkəmə tərəfindən tətbiq olunur.
ddiaçının tələbi ilə məjburiyyət tədbirinin tətbiq edilməsi həmişə yox, yalnız iddia müddəti çərçivəsində və hü-
dudlarında mümkündür. Məhz bu müddətin ötməsi hüququ pozan şəxsə məjburiyyət tədbirinin tətbiqini istisna,
qeyri-mümkün edir. Buna iddianın tə
Dostları ilə paylaş: |