Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə1193/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   1189   1190   1191   1192   1193   1194   1195   1196   ...   1820
nisbi hüquq münasibəti başa düşülür ki, bu münasibəəsasında əmtəə formalı maddi və digər nemətlə

bir şəxsdən digərinə keçir və buna uyğun olaraq bir şəxs (borclu) digəşəxsin (kreditorun) tələbi ilə onun 

xeyrinə müəyyən hərəkətlər etməyə (əmlak verməyə, iş yerinə yetirməyə, pul verməyə, xidmət göstərmə-

yə və s.) borclu olur. Anlayışdan görünür ki, öhdəlik mülki hüquq münasibətinin bir növüdür. Lakin bu müna-

sibət özünə məxsus spesifik xüsusiyyətlərlə xarakterizə olunur. 




 

384


Öhdəliyin birinji xarakterik xüsusiyyəti ondan ibarətdir ki, o, əmlak hüquq münasibətidir. Ona görə ki, 

öhdəlik əmtəə-mal mübadiləsi prosesini rəsmiləşdirir. Qeyri-əmlak xarakterli mülki hüquq münasibətlərinin öh-

dəlik forması alması istisna edilir, bu, mümkün deyil. Məsələn, şəxsin şərəf və ləyaqətinin müdafiəsi üzrə öhdə-

liyin əmələ gəlməsini təsəvvürə gətirmək mümkün deyil. Bu halda öhdəliyin mövcudluğundan söhbət gedə bil-

məz. 

Bununla bərabər, bəzi hallarda öhdəlik, əmtəə-mal mübadiləsinin özü kimi qeyri-ekvivalent və ya ümumiy-



yətlə, əvəzsiz xarakter daşıyır. Məsələn, bağışlama və əvəzsiz istifadə müqavilələrindən əmələ gələn münasi-

bətlər əvəzsiz xarakter daşıyır. Lakın belə hallarda hüquq münasibətinin əmlak təbiəti və xarakteri dəyişmir. 

Elə öhdəliklər də vardır ki, bu öhdəliklər səlahiyyətli şəxsin qeyri-əmlak xarakterli mənafeyinin təmin edil-

məsinə  yönəlir  və  ya  bu  cür  öhdəliklərin  obyekti  borclu  şəxsin  qeyri-əmlak  xarakterli  hərəkətlərindən  ibarət 

olur (bir şərtlə ki, əmlak mübadiləsi ilə əlaqə itməsin). Əmlak mübadiləsi dedikdə, məsələn, kontragentin bu cür 

hərəkətlərə görə pul və ya digər əmlak formasında əvəz alması başa düşülür. Belə halda hüquq münasibəti özü-

nün əmlak təbiətini dəyişmir. Məsələn, turist xidməti göstərilməsi və ya kompüter öyrətmək üzrə xidmət göstə-

rilməsi üzrə əvəzli münasibətlər öhdəlik formasını saxlayır. 

Obyekti borclu şəxsin qeyri-əmlak xarakterli hərəkətlərindən ibarət olan öhdəliyin məzmununu borclu şəxsin 

qeyri-əmlak xarakterli vəzifəsi təşkil edir. Məsələn, tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşıran adından qey-

ri-əmlak xarakterli hərəkətlər edir (ixtiraya patent alır, alimlik dərəjəsi verilmək barədə diplom alır və tapşırana 

verir).  Bu  misalda  vəkalət  alanın  (yəni  borclu  şəxsin)  hərəkətləri  və  onun  vəzifəsi  qeyri-əmlak  xarakterlidir. 

Bax, bu xüsusiyyət, yəni borclunun qeyri-əmlak vəzifəsini nəzərdə tutan öhdəliyin olması və ya bəzi müqavilə-

lərdən (məsələn, bağışlama, əvəzsiz istifadə və s. müqavilələrindən) yaranan münasibətlərin əvəzsiz olması bir 

qrup müəlliflərə belə bir fikir söyləməyə əsas vermişdir ki, guya öhdəlik qeyri-əmlak münasibətləri formasında 

da ola bilər. Qeyd etməliyik ki, bu mövqeyin əsası inandırıjı deyil. Müəlliflərin əksəriyyəti öhdəliyin yalnız 

ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   1189   1190   1191   1192   1193   1194   1195   1196   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin