384
Öhdəliyin
birinji xarakterik xüsusiyyə
ti ondan ibarətdir ki, o, ə
mlak hüquq münasibə
tidir. Ona görə ki,
öhdəlik əmtəə-mal mübadiləsi prosesini rəsmiləşdirir. Qeyri-əmlak xarakterli mülki hüquq münasibətlərinin öh-
dəlik forması alması istisna edilir, bu, mümkün deyil. Məsələn, şəxsin şərəf və ləyaqətinin müdafiəsi üzrə öhdə-
liyin əmələ gəlməsini təsəvvürə gətirmək mümkün deyil. Bu halda öhdəliyin mövcudluğundan söhbət gedə bil-
məz.
Bununla bərabər, bəzi hallarda öhdəlik, əmtəə-mal mübadiləsinin özü kimi qeyri-ekvivalent və ya ümumiy-
yətlə, əvəzsiz xarakter daşıyır. Məsələn, bağışlama və əvəzsiz istifadə müqavilələrindən əmələ gələn münasi-
bətlər əvəzsiz xarakter daşıyır. Lakın belə hallarda hüquq münasibətinin əmlak təbiəti və xarakteri dəyişmir.
Elə öhdəliklər də vardır ki, bu öhdəliklər səlahiyyətli şəxsin qeyri-əmlak xarakterli mənafeyinin təmin edil-
məsinə yönəlir və ya bu cür öhdəliklərin obyekti borclu şəxsin qeyri-əmlak xarakterli hərəkətlərindən ibarət
olur (bir şərtlə ki, əmlak mübadiləsi ilə əlaqə itməsin). Əmlak mübadiləsi dedikdə, məsələn, kontragentin bu cür
hərəkətlərə görə pul və ya digər əmlak formasında əvəz alması başa düşülür. Belə halda hüquq münasibəti özü-
nün əmlak təbiətini dəyişmir. Məsələn, turist xidməti göstərilməsi və ya kompüter öyrətmək üzrə xidmət göstə-
rilməsi üzrə əvəzli münasibətlər öhdəlik formasını saxlayır.
Obyekti borclu şəxsin qeyri-əmlak xarakterli hərəkətlərindən ibarət olan öhdəliyin məzmununu borclu şəxsin
qeyri-əmlak xarakterli vəzifəsi təşkil edir. Məsələn, tapşırıq müqaviləsi üzrə vəkalət alan, tapşıran adından qey-
ri-əmlak xarakterli hərəkətlər edir (ixtiraya patent alır, alimlik dərəjəsi verilmək barədə diplom alır və tapşırana
verir). Bu misalda vəkalət alanın (yəni borclu şəxsin) hərəkətləri və onun vəzifəsi qeyri-əmlak xarakterlidir.
Bax, bu xüsusiyyət, yəni borclunun qeyri-əmlak vəzifəsini nəzərdə tutan öhdəliyin olması və ya bəzi müqavilə-
lərdən (məsələn, bağışlama, əvəzsiz istifadə və s. müqavilələrindən) yaranan münasibətlərin əvəzsiz olması bir
qrup müəlliflərə belə bir fikir söyləməyə əsas vermişdir ki, guya öhdəlik qeyri-əmlak münasibətləri formasında
da ola bilər. Qeyd etməliyik ki, bu mövqeyin əsası inandırıjı deyil. Müəlliflərin əksəriyyəti öhdəliyin yalnız
ə
Dostları ilə paylaş: