xs borclu şəxsdən onun xeyrinə müəyyən hərəkətlər etməyi tələb etmək ixtiyarına malikdir. Borclu şəx-
sin müəyyən hərəkətlər etməsi dedikdə, səlahiyyətli şəxsə əmlak verməsi, iş görməsi, xidmət göstərməsi, pul
verməsi və s. başa düşülür. Məsələn, alqı-satqı müqaviləsi üzrə satıcıya (səlahiyyətli şəxsə) alıcı (borclu şəxs)
əş
yaya görə pul verir və yaxud alıcıya (səlahiyyətli şəxsə) satıcı (borclu şəxs) pulun əvəzində əşya (mal) verir.
Bununla səlahiyyətli şəxsin mənafeyi borclu şəxsin müəyyən hərəkətlər etməsilə təmin olunur. Bu xüsusiyyəti
ilə öhdəlik, əşya hüquq münasibətindən (məsələn, mülkiyyət hüquq münasibətindən) fərqlənir. Belə ki, əşya hü-
quq münasibətlərində səlahiyyətli şəxsin mənafeyi əşyaya bilavasitə təsir göstərməklə, onun fayda vermək xü-
susiyyəti hesabına təmin edilir. Öhdəlik hüquq münasibətləri borclu şəxsin hərəkəti ilə, əşya hüquq münasibət-
ləri isə səlahiyyətli şəxsin hərəkəti ilə həyata keçirilir və realizə edilir, yəni borclu şəxsin vasitəsi və köməyi ol-
madan yerinə yetirilir. Məsələn, mülkiyyət hüquq münasibətlərində iştirak edən mülkiyyətçi ona məxsus olan
yaşayış evindən öz şəxsi ehtiyacları üçün sərbəst surətdə istifadə edir, bununla mülkiyyət hüququnu həyata ke-
çirir, tələbatını ödəyir.
Bununla belə, öhdəlik əşya hüquq münasibəti ilə, xüsusən də mülkiyyət hüquq münasibəti ilə sıx surətdə
bağlıdır. Onların arasındakı əlaqə qarşılıqlı xarakterə malikdir. Əşya üzərində sərənjam vermək səlahiyyətini
həyata keçirərək, mülkiyyətçi (mülkiyyət hüquq münasibətinin subyekti) onu icarəyə və kirayəyə vermək, də-
yişdirmək, borc vermək, satmaq və s. kimi hüquqlara malikdir. Belə hallarda mülkiyyətçi müqavilələr bağlayır
və həmin müqavilələrdən əmələ gələn öhdəliyin subyekti (iştirakçısı, tərəfi) kimi çıxış edir. Belə təsəvvür yara-
385
nır ki, mülkiyyə t hüquq münasibə tlə ri iqtisadi dövriyyə münasibə tlə ri olan öhdə liyin yaranması üçün il-
Dostları ilə paylaş: |