Öhdəliyin beşinji xüsusiyyəti ondan ibarətdir ki, onun üçün pozulmuş hüquqların iddia (məhkəmə) qay-
dasında (formasında) müdafiə edilməsi xarakterikdir. ddiaya məhkəmədə baxılma onunla nəticələnir ki,
öhdəlikdən irəli gələn hüquqları pozan şəxsə müvafiq sanksiya tətbiq olunur; iddia qaydasında müdafiə sanksi-
yanın tətbiq olunmasının tipik formasıdır. Belə ki, hüququ pozulmuş kreditor məhkəməyə müraciət edir. Məh-
kəmə qərarı əsasında onun iddiası natura formasında və ya pul kompensasiyası formasında təmin edilir; bunun-
la borclu şəxsə sanksiya tətbiq edilmiş olur. Məsələn, kirayəyə götürülmüş əmlak kirayəçinin təqsiri üzündən
məhv olur. Mülkiyyətçi iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə pul kompensasiyası formasında zərərin
ə
vəzinin mülkiyyətçiyə ödənilməsi barədə qərar çıxarır. Bununla belə, elə öhdəliklər vardır ki, onlar sanksiya
ilə təmin olunmur. Bu öhdəliklərə natural öhdəliklər deyilir. Məsələn, oyun və mərc üzrə heç bir tələb əmələ
gəlmir (MM-in 1084-cü maddəsi). Bu cür öhdəliklər məhkəmə müdafiəsindən məhrumdur, yəni bu cür öhdəlik-
lər üzrə iddia müdafiəsi tətbiq edilmir. Məsələn, televiziya kanallarının birində keçirilən oyunu udan şəxsə oyun
təşkilatçısı priz verməkdən imtina edir. Əgər oyunun qalibi məhkəməyə müraciət etsə, onun iddiası məhkəmə
tərəfindən təmin olunmayacaqdır.
Dostları ilə paylaş: |